SON XƏBƏRLƏR

Azərbaycanlı fəal və tanınmış incəsənət xadimi aşıq Qafar İbrahimi vəfat edib

2021.10.20, 07:36
Azərbaycanlı fəal və tanınmış incəsənət xadimi aşıq Qafar İbrahimi vəfat edib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı incəsənət xadimi, milli fəal aşıq Qafar İbrahimi yanvarın 6-da dünyasını dəyişib.

 

Mərhumun ailəsi sabah, çərşənbə axşamı günü dəfn mərasimi keçirəcək.

 

Bu barədə mərhumun oğlu aşıq Höccət Azərbaycan millətinə xitabən mesaj yayıb.

“Atam aşıq Qafar İbrahimi bu gün dünyasını dəyişərək tanrının rəhmətinə qovuşdu;

Bizi sevən bütün dostlarımıza, bu ağır gündə bizi yalnız buraxmadıqlarına, ailəmizə dəstək verdiklərinə görə təşəkkür edirik.

Xalqımıza bildirmək istərdim ki, ağsaqqal və böyüklərimizin məsləhəti ilə atamın dəfn mərasimi yanvarın 8-də keçiriləcək. Mərasimin konkret yeri və saatı barədə ailəmiz tərəfindən məlumat yayılacaq”- deyə mesajda qeyd olunub.

 

Xatırladaq ki, aşıq Qafar İbrahimi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar