SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar bağçada payladıqları kitablarla uşaqları sevindiriblər – Urmiyədə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı fəallar bağçada payladıqları kitablarla uşaqları sevindiriblər – Urmiyədə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində fəallar uşaq bağçalarından birinə müraciət edərək uşaqlar arasında türk dilində kitablar paylayıblar.

 

Məlumata görə, bağçada şənbə günü kitab paylanılıb, uşaqlar Kitab hədiyyəsini sevinclə qəbul edib.

 

Araçdırmalara görə, bağçalar uşaqların formalaşmasında böyük rol oynayır. Bu kimi mədəni fəaliyyətlər gələcəkdə uşaqları asimilasyon siyasətinə qarşı daha füclü edir, onların dil və mədəni kimliyinin qorunub saxlanılmasına müsbət təsir göstərir.

 

Güney Azərbaycanda təhsil müəssisələrinin açılışı günündə “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə kitab paylama kampaniyası başladılıb. Bu kampaniya bəzi məntəqələrdə hələ də davam edir.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

Bu günədək bir çox Beynəlxalq Təşkilat İranı qeyri-fars millətlərinin ana dilində təhsil hüququnu tanımağa çağırıb, lakin rejim bu çağırışlara məhəl qoymadan ölkədə təkdilli təhsil sistemini davam etdirməkdədir.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar