SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar ermənilərin Tehranda Türkiyəyə qarşı icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniya keçirir

2021.10.20, 07:36
Azərbaycanlı fəallar ermənilərin Tehranda Türkiyəyə qarşı icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniya keçirir

Gunaz.tv

GünAz TV: Ermənilərin aprelin 24-də Türkiyə əleyhinə keçirilməsi gözlənilən yığıncağı azərbaycanlı fəalları hərəkətə gətirib.

 

Fəallar bu məqsədlə imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb edir. Onlar hər kəsi https://t.me/imzakampanyasi adresinə müraciət edərək kampaniyaya qoşulmağa çağırır.

 

Çərşənbə günü başlayan kampaniyaya artıq minlərlə internet istifadəçisi qoşulub, onların sayı anbəan artır.

 

1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran  rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.

 

Ermənistan ordususunun Dağlıq Qarabağdakı cinayətləri, erməni daşnakları və ciloların ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri faciə hələ acı xatirə kimi yaddaşlarda yaşadığı bir vaxtda ermənilərin islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi şübhəsiz ki, güney azərbaycanlıların kəskin etirazına səbəb olur. Lakin etirazlara baxmayaraq İran rejimi ermənilərin “24 aprel”-də Türkiyə əleyhinə yığıncaq keçirməsinə icazə verməkdə dirənir.

 

Bundan əvvəl məşhur iranlı politoloq Sadiq Zibakəlam “Qanun” qəzetində yazdığı məqalədə ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdiyi aksiyaya toxunmuşdur.

 

“Tehranda keçirilən yığıncaq ermənilərə yardım və ya humanist mülahizələrə görə deyil. Bu, Tehranla Ankaranın arasında mövcud olan kin və nifrətlə bağlıdır”- deyə politoloq qeyd etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar