SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar həbsxanadan yenicə azadlığa buraxılan Abbas Lisaninin görüşünə gedib

2021.10.20, 07:36
Azərbaycanlı fəallar həbsxanadan yenicə azadlığa buraxılan Abbas Lisaninin görüşünə gedib

Gunaz.tv

GünAz TV: Bir qrup azərbaycanlı fəal həbsxanadan yenicə azadlığa buraxılmış tanınmış milli-mədəni fəal Abbas Lisaninin görüşünə gediblər.

 

Görüş iyulun 15-i axşam saatlarında Ərdəbildə A.Lisaninin evində baş tutub.

 

Görüşə gedən 60-dan çox fəal A.Lisanini azadlığa buraxılması münasibəti ilə təbrik edib, Güney Azərbaycandakı son ictimai-siyasi prosesləri müzakirə ediblər.

 

Oxşar görüş iyulun 14-də Təbrizdə keçirilmişdir. Azərbaycanlı fəallar, A.Lisani Təbrizin Mərkəzi Zindanından azadlığa buraxıldıqdan dərhal sonra onunla fəalların birinin evində görüşmüşdülər.

 

İyulun 2-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə yaxalanan A.Lisani 12 gün saxlandıqdan sonra iyulun 14-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında həbsxanadan sərbəst buraxılıb. O saxlandığı müddətdə 7 gün aclıq aksiyası keçirib.

 

Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb, işgəncələr görüb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar