SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Həkimə Əhmədinin ailəsi ilə görüşüb

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Həkimə Əhmədinin ailəsi ilə görüşüb

Gunaz.tv

GünAz TV: Bir qrup güney azərbaycanlı milli-mədəni fəal Marağa zindanında saxlanılan xanın Həkimə Əhmədinin ailə üzvləri ilə görüşüb.

 

İyulun 12-də baş tutan görüşdə Təbriz, Binab, Qoşaçay və Marağadən gələn fəallar Əhmədi ailəsi ilə söhbətləşərək  fəalın məhkəmə işi ilə maraqlanıblar.

 

Ailəsi ilə görüş keçirildiyini eşidən Həkimə Əhmədi fəallar görüşdən qayıtdıqdan bir neçə dəqiqə sonra onlarla telefon əlaqəsi saxlayaraq öz təşəkkürünü bildirib. Yüksək əhval-ruhiyyədə olduğu deyilən Həkimə Əhmədi vəziyyətini ictimaiyyətə çatdıran və bu istiqamətdə xəbər yayan hər kəsdən qədrdanlıq edib.

 

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasına aparılıb.

 

Azərbaycanlı fəal yeni saxlandığı zaman Mərənd Ettelaat İdarəsinin təcridxanasında işgəncəyə məruz qalıb, qabırğa və barmaqları ağır xəsarət alıb. 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılan fəal noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.

Güney azərbaycanlı fəal Həkimə Əhmədi bir müddət işgəncə edildikdən sonra Marağa zindanına intiqal edilib. Təxminən 9 ay əvvəl tutulan fəal hələ də Marağa zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Həkimə Əhmədi Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərir. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var. O bundan əvvəl də mədəni fəaliyyətlərinə görə rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar