SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Kiyumərs İslami və Murtaza Yəzdani saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Kiyumərs İslami və Murtaza Yəzdani saxlanılıb

Gunaz.tv

GünAz TV: Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycan şəhərlərində başlayan yeni həbslər dalğası davam edir.

 

Son məlumata görə, Azərbaycanın tarix və mədəniyyəti üzrə araşdırmaçı, milli-mədəni fəal Kiyumərs İslami Muğanın Parsabad şəhərində öz evində saxlanılıb.

 

Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid bir çox şəxsi əşyanı özləri ilə götürüblər. Məlumata görə, K.İslami yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

 

Fəalın harada saxlandığı və hansı səbəbdən tutulduğu barədə ailəsinə heç bir məlumat verilməyib.

 

Başqa bir xəbərə görə, azərbaycanlı milli-mədəni fəal Murtaza Yəzdani təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanılıb.

 

Çərşənbə günü yaxalanan fəalın harada saxlandığı barədə heç bir məlumat yoxdur.

 

İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlardan bu saata qədər ən azı 16-nı saxlayıblar. Bir çox fəalın isə təhlükəsizlik orqanları tərəfindən təqib olunduğu bildirilir.

 

Azərbaycanlı fəalların son həbslər dalğası iyulun 2-dən başlayıb.

 

Saxlanılan fəallar , həmçinin Babək qalası yürüşü ilə bağlı daha çox məlumat almaq üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar