SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadə müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadə müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Rza Cəfərlu və Əkbər Quluzadə hər biri 500 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Fəalların dekabrın 26-da azad edildiyi bildirilir.

 

Rza Cəfərlu və Əkbər Quluzadə dekabrın 8-də Urmiyədə mülki geyimli məmurlar tərəfindən saxlanmışdır.

 

Fəallar Ettelaat İdarəsində dindirildikdən sonra Urmiyənin Mərkəzi Zindanına intiqal edilib.

 

Onlara qarşı irəli sürülən ittiham və ya ittihamlar barədə hələlik heç bir məlumat yoxdur.

 

Qərbi Azərbaycana yerli olmayan kürd kökənli vali təyin edildikdən sonra əyalətdə radikal kürdlərin nüfuzu artdı. Əli Əkbər Qrusi oktyabrın 7-də Qərbi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi və Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsinin rəisi vəzifəsinə təyin edildi. O bundan əvvəl Kürdistan Əyalətində həmin postlarda işləyib.

 

Əli Əkbər Qrusi vəzifəyə gəldikdən sonra əyalətdə  azərbaycanlı fəallara qarşı təzyiqlər artıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar