SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani saxlanılıb – Tehranda

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani saxlanılıb – Tehranda

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani fevralın 20-i axşam saatlarında Tehranın İnqilab meydanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Fəalların yaxınları tərəfindən verilən məlumata görə, bundan əvvəl təhlükəsizlik qüvvələri fəalların Ərdəbildə yaşayan ailə üzvləri ilə əlaqə saxlayıb onlara övladlarının mədəni fəaliyyəti ilə bağlı xəbərdarlıq ediblər. Fəalların ailəsinə çatdırılıb ki, Tohid Əmir Əmini və Kiyanuş Aslani fəaliyyətlərini davam etdirərsə, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaq.

 

Kiyanuş Aslani Tehran Azad Universitetində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. Tohid Əmir Əmini isə Tehranda işlədiyi üçün bu şəhərdə yaşayır.

 

Hələlik fəalların hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur. Lakin onların yaxınları ehtimal edir ki,  fəallar tanınmış milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına Güney Azərbaycan şəhərləri və Tehranda edilən etirazlarla əlaqədar saxlanılıb.

 

Tohid Əmir Əmini bundan əvvəl Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərlə üzləşib.

 

Mədəni fəaliyyətlərlə məşğul olan Kiyanuş Aslani də oxşar təztiqlərlə üzləşir. O Savalan dağı ətəyində keçirilən bir tədbirdə bir neçə ərdəbilli fəalla birlikdə yaxalanıb 24 saat saxlandıqdan sonra sərbəst buraxılmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar