SON XƏBƏRLƏR

Azərbaycanlı fəallardan 4-ü Ərdəbil zindanından müvəqqəti olaraq sərbəst buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəallardan 4-ü Ərdəbil zindanından müvəqqəti olaraq sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: İyulun 2-də Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb Səid Sadiqifər, Əsgər Əkbərzadə, Rəhim Qulami və Əli Vasiqi hər biri 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Babək qalası yürüşü ərəfəsində saxlanılan fəəllar iyulun 10-da Ərdəbilin Mərkəzi Zindanından müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülən fəallar iyulun 3-də formal bir məhkəmə iclası keçirildikdən sonra Ərdəbil zindanına aparılmışdır. Onlar zindana intiqal edildikdən sonra çox sayda məhbusun hücumuna məruz qalıb. Məhbusların Ettelaat və zindan məsullarının təhriki ilə fəallarla dava saldığı bildirilir. Məqsədyönlü şəkildə təşkil olunan qarşıdurmada fəallar müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

 

Adını çəkdiyimiz fəalların məhkəmə iclası Ərdəbil zindanının 12-ci şöbəsində hakim Seyfinin sədrliyi ilə keçirilib, onlar milli təhlükəsizlik və sistemin əleyhinə qrup yaratmaq kimi saxta ittihamla üzləşiblər.

 

Səid Sadiqifər, Əsgər Əkbərzadə, Rəhim Qulami və Əli Vasiqi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar