SON XƏBƏRLƏR

Azərbaycanlı fəallardan daha bir neçəsi azadlığa buraxılıb / Lisani, Nuri və Nikrəvandan heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Azərbaycanlı fəallardan daha bir neçəsi azadlığa buraxılıb / Lisani, Nuri və Nikrəvandan heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Babək qalası yürüşü ilə əlaqədar çox sayda azərbaycanlı milli-mədəni fəal saxlanmışdır, artıq fəalların əksəriyyəti ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Əsgər Əkbərzadə, Rəhim Qulami, Səid Sadiqifər və Əli Vasiqi hər biri 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Ölkə təhlükəsizliyinə qarşı cəmiyyət yaratmaqda günahlandırılan fəallar türk dilində yazdıqları özünümüdafiə mətnlərində irəli sürülən ittihamı birmənalı olaraq rədd ediblər.

 

Səccad Sidqi və Yaşar Həsənpurun da mülki vəsiqə qarşılığında azadlığa buraxıldıqları bildirilir.

 

Mehdi Huşmənd, Abdulla Huşmənd, Sina İrşadi, Murtaza Muradpur, Rəhman Qasimi, Rəhim Sasani, Qasim Mahmudi, Mahmud Mahmudi, Həmid Qüvvəti, Səid Sinedar, Şahin İsmailpur, Süleyman Kazimi və Əkbər Abbaszadə mülki vəsiqə girov qoymadan azadlığa buraxılıb.

 

Bundan əvvəl saxlandıqları bildirilən Höccət Fikri və Ulduz Qasimi haqda yayılan məlumatda isə bildirilir ki, fəallar təhlükəsizlik qüvvələri tərəfindən təqib olunub, lakin saxlanılmayıb.

 

Keçmiş xəbərlərimizdə 30 nəfərin azadlığa buraxıldığı barədə məlumat yaymışdıq. Bununla da bu günə qədər bizə məlum olan azadlığa buraxılmış fəalların sayı 51-ə çatıb.

 

Aşağıda adları çəkilən 16 fəalın isə hələ də saxlandığı bildirilir:

Abbas Lisani, İbrahim Nuri, Cəfər Rüstəmirad, Kiyumərs islami, Səhənd Məali, Abbas Nikrəvan, Murtaza Yəzdani, Salar Əfşari, Səccad Əbdüli, Abbas Xudayari, Qulam Quluzadə, Rəhim Əli Rzayi, Əbülfəz Bidoxt, Əbülfəz Kəraməti, Əmir Haşimzadə və Əhəd Aluyi.

 

Adı çəkilən fəallardan Abbas Lisani, İbrahim Nuri və Abbas Nikrəvanın harada saxlandıqları barədə dəqiq məlumat yoxdur. Bundan əvvəl Fəalların yaxınları Abbas Lisaninin Təbriz və Ərdəbil Ettelaat Şöbələrində sorğu-suala tutulduğu, Abbas Nikrəvanın Salmas Ettelaat İdarəsində saxlandığı və İbrahim Nurinin Tehranın Evin zindanın 209-cu korpusunda saxlandığını bildirmişdilər.

 

Cəfər Rüstəmiradla Evin zindanında görüşməyə müvəffəq olan onun həyat yoldaşı Ziba Pilevəri İnstaqram səhifəsində məlumat yayaraq yoldaşının sistemin əleyhinə təbliğ etmək ittihamı ilə mühakimə oldunduğunu qeyd edib.

 

Bu arada saxlandığı bildirilən bəzi fəallar azadlığa buraxıla bilər, lakin bu barədə olan məlumatlar hələlik dəqiqləşməyib.

 

Ənənəvi Babək qalası yürüşü iyulun 5-i və 6-da keçirilib. Həmin günlərdə qalaya çox sayda Ettelaat və digər təhlükəsizlik orqanlarının əməkdaşları cəlb olunub. Bütün təzyiq və təhdidlərə baxmayaraq ənənəvi mərasim möhtəşəm keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar