SON XƏBƏRLƏR

Azərbaycanlı futbolçu türklərə qarşı irqçi hərəkətlərə belə cavab verdi

2021.10.20, 07:36
Azərbaycanlı futbolçu türklərə qarşı irqçi hərəkətlərə belə cavab verdi

Gunaz.tv

GünAz TV: Tehranın “Perspolis” futbol komandasının azərbaycanlı oyunçusu Əhməd Kamdar fars irqçilərinin türk millətinə qarşı təhqiramiz hərəkətlərinə cavab olaraq köynəyinin üstünə “Ana yurdum Azərbaycan” şüarı yazdırıb.

 

2017-ci il dekabrın 29-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis”  və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüşdə meydan sahibinin tərəfdarları 90 dəqiqə “Traxtur” və Azərbaycanın ünvanına əvvəldən planlaşdırılmış şəkildə təhqiramiz şöyüş və şüarlar səsləndiriblər.

 

Ə.Kamdar “Perspolis”də oynamasına rəğmən irqçilərin bu hərəkətini etirazla qarşılayaraq Azərbaycan türk millətinə mənsub olduğundan böyük fəxr duyduğunun mesajını verib.

 

Futbolçu yanvarın 5-də üzərində “Ana yurdum Azərbaycan” şüarı yazılmış köynəklə meydana çıxaraq özünü Azərbaycan və “Traxtur” tərəfdarlarından ayrı hesab etmədiyini nümayiş etdirib.

 

Ə.Kamdar bundan öncə Təbrizin “Traxtur” və “Qostəreşe fulad” komandalarının tərkibində oynayıb.

 

Qeyd edək ki, son vaxtlar fars irqçiləri Azərbaycan türk millətinə qarşı müxtəif sahələrdə, o cümlədən idman meydanları və kütləvi informasiya vasitələrində yeni planlarla hücuma keçiblər. Bu hərəkət bütün azərbaycanlılar, hətta bir çox rəsmi şəxslərin kəskin etirazına səbəb olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar