SON XƏBƏRLƏR

Azərbaycanlı mədəni fəal Əmir Çəməni 24 saat saxlandıqdan sonra sərbəst buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı mədəni fəal Əmir Çəməni 24 saat saxlandıqdan sonra sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Mayın 14-də azərbaycanlı insan haqları müdafiəçisi və mədəni fəal Əmir Çəməni İranın təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıb.

 

Əldə olunan son məlumata görə, azərbaycanlı fəal 24 saat saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Ə.Çəməni Təbriz Universitetində sosiologiya üzrə  yüksək lisans və Təbriz “Pəyam Nur” Universitetində hüquq üzrə lisans təhsili alır.

 

Mədəni fəal ötən illərdə rəhbər və islam cümhuriyyətinin qurucusunu təhqir etmək ittihamı ilə 6 ay və sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə 3 ay 1 gün həbs cəzasına məhkum edilib. Bundan əlavə, Təbriz Məhkəməsi onu prezidenti təhqir etməkdə günahlandıraraq barəsində 40 şallaq zərbəsi hökmü çıxarıb.

 

Ə.Çəməni 9 aylıq həbs cəzasını çəkdikdən sonra 2013-cü il oktyabrın 3-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb, onun şallaq hökmü isə həmin ilin iyun ayında (xordad ayı) icra olunub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar