SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus Səid Mətinpurun səhhəti pisləşib

2021.10.20, 07:36
Azərbaycanlı məhbus Səid Mətinpurun səhhəti pisləşib

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, hazırda Evin zindanında həbsdə saxlanılan Səid Mətinpurun ürək çatışmamazlığı kəskinləşib.

 

Azərbaycanlı jurnalist, insan haqları fəalı Səid Mətinpur artıq zindanın klinikasına yerləşdirilib. Məlumata görə, zindan məsulları onun xəstəxanaya aparılmasına icazə vermirlər.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı jurnalist təknəfərlik kamerada (sellul) saxlanıldığı zaman ağır şəraitdən dolayı bel ağrısınada düçar olub. Uzun meddət müalicə olmadığı üçün onun ümumi səhhəti getdikcə pisləşir.

 

Xatırladaq ki, Mətinpuru Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. O əcnəbilərlə əlaqəyə girərək İran İslam Cümhuriyyətinin dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır.

 

Beynəlxalq insan hüquqları təşkilatları Səid Mətinpur da daxil olmaqla həbsdə olan digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə təcili bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar