SON XƏBƏRLƏR

Azərbaycanlı məhbuslar çətin şəraitdə saxlanılır

2021.10.20, 07:36
Azərbaycanlı məhbuslar çətin şəraitdə saxlanılır

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə,  Milli-mədəni fəallar cənab Ayət Mehrəlibəyli (Yürüş) və Lətif Həsəni Təbriz zindanının özəl bölümündə çətin şəraitdə saxlanılırlar.

 

2010-cu il dekabr ayının 22-də (Dey ayının 1-i) cənab Mehəlibəylinin ailəsi dəfələrlə səlahiyyətli orqanlara müraciət etdikdən sonra onunla görüşməyə nail olublar.

 

Milli-mədəni fəalın ailəsinin məlumatına görə, adını çəkdiyimiz fəallar natəmiz yerdə saxlanılırlar. Onlar son 10 günü hamamsız bir şəraitdə dözməli olublar.

 

Həmçinin onların qaldığı təknəfərlik kameraların olduqca soyuq olduğu məlum olub.

 

Məlumata görə, cismi cəhətdən təzyiq altında olsalarda onların ruhi durumu yüksək qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar