SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: Əhalinin alıcılıq qabliyyəti yarıya düşüb

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: Əhalinin alıcılıq qabliyyəti yarıya düşüb

Gunaz.tv

GünAz TV: Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad hökumətin iqtisadi siyasətini sərt tənqid edib.


Bu barədə “Təsnim” xəbər agentliyində məlumat yayılıb.


Millət vəkili prezident Həsən Ruhani və Nazirlər Kabinetinə ünvanladığı xəbərdarlıqda bildirib ki, “Təəssüflər olsun ki, dövlət iqtisadiyyatı özbaşına buraxıb. Bir neçə gün ərzində ölkə daxilində istehsal olunan avtomobilin qiyməti 73 milyon tüməndən 90 minyona qalxıb. Dolların qiyməti isə son 6 ay ərzində 3700 tüməndən 6500 tümənə çatıb. Hələ də dövlət hökumət işçilərinin maaşını 2 faiz artırmaqda şübhə edir. Lakin son 6 ay ərzində əhalinin alıcılıq qabliyyəti 50 faiz azalıb, bu vəziyyət dünyanın heç yerində görünməyib. Bu qədər iqtisadi problemlə üz-üzə qalan əhaliyə çıxış yolu kimi etiraz aksiyaları üçün xüsusi yerlərin təyin olunduğu bildirilir.”


Azərbaycanlı millət vəkili bəzi yüksək rütbəli vəzifəli şəxslər və onların övladlarının xarici ölkələrin vətəndaşı olduğuna da öz etirazını bildirib.
“Belə insanlar həssas postlarda işləməməlidir. Ona görə ki, onlar beynəlxalq aləm və müzakirələrdə İran əhalisinin hüquqlarını müdafiə edə bilməzlər”- deyə o bildirib.


M.Həsənnəjad başqa bir xəbərdarlıqda oğurluq faktlarının artması məsələsinə toxunub. “Oğurlanan mallar heç bir şəkildə tapılmır, oğrular isə cəzalandırılmır. Artıq cəmiyyətin təhlükəsizliyində xələl yaranıb”- deyə azərbaycanlı millət vəkili vurğulayıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar