SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: Gənclər və idman naziri türklər və “Traxtur” tərəfdarlarından üzr istəyib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: Gənclər və idman naziri türklər və “Traxtur” tərəfdarlarından üzr istəyib

Gunaz.tv

GünAz TV: Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad idman naziri Məsud Sultanifərin türklər və “Traxtur” tərəfdarlarından üzr istədiyini bildirərək nazirin türk və digər qövmləri təhqir edən komandalara qarşı tədbir almaqla bağlı söz verdiyini bildirib.

 

O bu barədə mayın 21-də Teleqram səhifəsində məlumat paylaşıb.

 

Mayın 22-də parlamentin mədəniyyət komissiyasında idman nazir ilə millət vəkilləri arasında iclas keçirilib. İclasın sonunda nazirin deputatların suallarına cavab verməsi üçün parlamentə çağırılması tələbinin məclisə (parlament) göndərilməsi barədə qərar qəbul olunub.

 

Məhəmməd Həsənnəjad

 

Məhəmməd Həsənnəjad mədəniyyət komissiyasında keçirilən iclasın təfərrüatı barədə fars dilində bir mətn paylaşıb.

 

“Keçirilən iclasla bağlı mənə çox sayda suallar ünvanlanıb. Ona görə də iclasla bağlı bəzi məsələlərə  aydınlıq gətirmək istəyirəm:

1- “Traxtur” tərəfdarlarının Azadi stadionu, Rəşt şəhəri və s. kimi yerlərdə türklərin təhqirlərə məruz qalması ilə bağlı gileyləri sənədlə təqdim olundu.

2- Dəyərli komanda tərəfdarlarının yanlış hakimlik bağlı İdman Nazirliyindən giley və şikayəti, “Traxtur” komandasına qarşı sözləşmələr və yarışların nəticəsinin öncədən planlaşdırılması haqda etirazları faktlarla dilə gətirildi.

3-  Komanda tərəfdarlarına yaradılan imkanlarla bağlı klublar arasında ayrı-seçkiliyə yol verilməsi haqda gileylər də çatdırıldı.

4- Hörtmətli nazir qeyd olunan bütün məsələləri qəbul edərək türklər və “Traxtur” tərəfdarlarından üzr istədi.

5- Komanda ilə bağlı sözləşməyə qarşı məsələyə baxılacaq. Nazir bu barədə gələn həftəyə qədər hökm çıxarılacağına söz verib.

6- Türk və digər qövmləri təhqir edən komandalar ağır cərimə ödəməli olacaq.

7- Qeyri-adi davranışlar və bu istiqamətdə qanun pozuntularını araşdıran komitə yaradıldı.

8- “Perspolis” və “İstiqlal” klublarının özəlləşdirilməsi prosesinin sürətləndirilməsinə söz verildi.

Bütün bunlara baxmayaraq nazirin millət vəkillərinin suallarını cavablandırmaq üçün parlamentə çağırılması məsələsi hələ də qüvvədədir.”- deyə o qeyd edib.

 

Milət vəkili verilən vədlərin konkret olaraq nə zaman və hansı formada həyata keçiriləcəyi barədə dəqiq məlumat verməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar