SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili Həsən Ruhaniyə mürtaciət etdi: “Bura Urumiyə deyil, Urmiyədir...”

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili Həsən Ruhaniyə mürtaciət etdi: “Bura Urumiyə deyil, Urmiyədir...”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur ölkə prezidenti Həsən Ruhaniyə məktubla müraciət edərək təmsil etdiyi şəhərin adına düzəliş edilməsini tələb edib.

 

Millət vəkili prezidentə ünvanlandığı məktubda vurğulayıb ki, əhali şəhərin adının yazılışından narazıdır və onun düzgün yazılmasını tələb edir.

 

R.Həzrətpur təkidlə bildirib ki, “bu şəhərin adı müxtəlif tarixi mətnlərdə “Urmiyə” və ya “Urmu” kimi yazılıb. Sonralar saxtalaşdırılaraq “Rzaiyyə” ilə əvəz edilən ad 1979- cü ildə (hicri-şəmsi təqvimi ilə 1358-ci il) Nazirlər Kabinetinin qərarı əsasında “Urumiyə” sözü ilə əvəzlənib. Lakin əhali hər zaman bu şəhərin adının yanlış yazılışına etiraz edib, ona düzəliş edilərək “Urmiyə” şəkildə yazılmasını tələb ediblər.

 

 

Azərbaycan şəhərinin adı ötən günlərdə” Urmiyə Şəhər Şurası”nın lövhəsində “Urumiyə Şəhər Şurası” kimi yazılmışdır. Lakin lövhədə yol verilən təhrif yerli əhali və azərbaycanlı milli-mədəni fəalların kəskin etirazı nəticəsində aradan qaldırıldı.

 

Bu arada R.Həzrətpur İnstaqram səhifəsində Urmu gölündə son günlərdə baş verən duz fırtınalarından görüntü yayaraq ekoloji fəlakətlə bağlı xəbərdalıq edib. Görüntünün altında “Azərbaycanın məhvinə geri sayım başladı” yazam millət vəkili Azərbaycandan sonra sıra Tehrana çatacaq deyə xəbərdarlıq edib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar