SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: “İdman Nazirliyi, “Perspolis” və “İstiqlal” Nazirliyidir”

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: “İdman Nazirliyi, “Perspolis” və “İstiqlal” Nazirliyidir”

Gunaz.tv

GünAz TV: Super liqa yarışlarının son həftələrində Təbrizin “Traxtur” futbol komandasına qarşı qurulan ssenari komanda tərəfdarları ilə yanaşı bəzi yerli məsulları da dilə gətirib.

 

Güney Azərbaycanın yerli mətbuatında yayılan məlumata əsasən, Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad Azərbaycan komandasına qarşı edilən haqsızlıqlara etiraz edərək İdman Nazirliyini “Perspolis” və “İstiqlal” Nazirliyi adlandırıb.

 

““Traxtur” bizim üçün sadəcə bir komanda deyil, “Traxtur” bir simvol və mədəniyyətdir. “Traxtur” 100 min nəfər tamaşaçı “Yaşasın Azərbaycan”, “Yaşasın Traxtur” deyən zaman çempiondur. Bu komanda o zaman çempion olur ki, onun tərəfdarları Tehranın “İstiqlal” və “Perspolis” komandalarının qarşısında daha çox tərəfdara malik olur. Elə buna görə də bizdən narahatdılar. Onlar bizim qalib gəlməyimizdən deyil, “Traxtur”un dövlətin də dəstək verdiyi “İstiqlal” və “Perspolis”dən daha çox tərəfdarı olmasından narahatdılar. Məqsəd odur ki, biz stadiona getməyək.

Son görüşlərdə baş verən müəyyən hadisələr, təəssüflə bizim “Traxtur”un çempion olması ilə bağlı ümidlərimizi azaltdı. Bu bəzi şübhəli hadisələrin nəticəsində baş verdi. Təbii ki, biz buna reaksiya verdik və yenədə bu kimi məsələlərə öz münasibətimizi bildirəcəyik.”- deyə o bildirib.

 

Millət vəkili İran futbolunda ədalətin olmadığını xüsusi vurğulayıb. O bildirib ki, paytaxt Tehranın iki komandasının sahibi Gənclər və idman Nazirliyidir. Nazirlik bu komandalar üçün çoxlu vəsait xərcləyib. Ona görə də xərclədiyi vəsaiti qaytarmaq istəyir, bu isə yalnız həmin komandaların qalib gəlməsi ilə mümkün ola bilər. Hətta “Sepahan” və “Zob ahən” komandaları da oxşar vəziyyətdədir.  Beytül-mal və bizim pulumuzla dəmirəritmə zavodu inşa edib, həmin pulla güclü oyunçular alıb və sonda bizim eşqimiz olan komandanı məğlub edirlər.

 

Məhəmməd Həsənnəjad “Traxtur” klubuna edilən ayrı-seçkilik siyasətini belə şərh edib: “Təəssüflə bizim idman məsələmiz, çox gülüncdür. Mən dəfələrlə demişəm ki, İdman Nazirliyi, “İstiqlal” və “Perspolis” Nazirliyidir. Təbbi ki, son iki ildir bu məsələlərin üzərinə gedirik və müəyyən araşdırmalar aparılır. Bütün hallarda biz fəxr edirik ki, “Traxtur”a dövlət deyil, Azərbaycan əhalisi dəstək verir. Bütün xərcləri klubun sahibi cənab Zenuzi qarşılayır. “İstiqlal” və “Perspolis” isə dövlət tərəfindən dəstəklənir. Bütün bu işlərin arxasında siyasi məsələlər dayanır...”

 

Millət vəkili sözlərinin sonunda “Traxtur” tərəfdarlarını “Perspolis”lə görüşdə aktiv olmağa çağırıb. O bildirib ki, udub-uduzmaq çox da önəmli deyil, stadionda 100 min nəfər “Traxtur” tərəfdarının olması, öz-özlüyündə böyük qələbədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar