SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili məktəblərdə türk dilinin tədris olunmasını tələb edib - VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili məktəblərdə türk dilinin tədris olunmasını tələb edib - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki millət vəkili məktəblərdə türk dilinin tədris olunmasını tələb edib.

 

Məsumə Ağapur Əlişahi bu barədə noyabrın 20-də parlamentdə çıxışı zamanı danışıb.

 

“Hökumətı şah kimi davranmamağa çağırıran. Cənab prezidentin əyalətə səfəri zamanı söz verdiyi büdcə vəsaitindən “Təbriz 2018” layihəsinə bir rial belə ödənilmədi. Milli İnkişaf Fondundan ödənilməli olan məbləğ, əyalət layihələrinin icrası və Urmu gölünün  canlandırılması üçün büdcə vəsaiti təmin olunsun. Həmçinin məktəblərdə türk dilinin tədrisinə başlanılsın...”- deyə o çıxışının bir hissəsində bildirib.

 

Millət vəkili 5 dəqiqəlik çıxışının son 20 saniyyəsini Azərbaycan məsələlərinə həsr edib. O əsasən Bəsic həftəsi, Əli Xamenei, qadınların hökumətdə təmsil olunması, qərbin kütləvi informasiya vasitələrində  aparılan təbliğat və iqtisadi məsələlərlə bağlı edam olunan şəxslər barədə çıxış edib.

 

İran hökuməti ölkə konstitusiyasında ana dilinin tədris olunmasının azad olduğunu elan edən 15-ci maddəni icra etməkdən imtina edir. Buna Azərbaycan türk milləti hər zaman etiraz bildirib, lakin hökumətin mənafeyi uğrunda hərəkət edən millət vəkilləri bu məsələni ciddi şəkildə qaldırmır. Yerli millət vəkilləri hökumət tərəfindən təsdiqlənsinlər deyə hər zaman millətin ictimai tələblərini gözardı edir, lakin seçkilər ərəfəsində formal olaraq bəzi tələbləri dilə gətirirlər. İranda 2019-cü ildə parlament seçkiləri keçiriləcək. Bu ərəfədə bir çox millət vəkilinin Azərbaycan ictimaiyyətinin sosial tələbləri ilə çıxış edəcəyi gözlənilir. Bu arada bəzi millət vəkillərinin ana dilinin məktəblərdə tədris olunmasını səməmi şəkildə tələb etdiyini vurğulamaq lazımdır.

 

Video:

https://www.youtube.com/watch?time_continue=175&v=1pDIOgi4vR8

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar