Azərbaycanlı milli fəal Meysəm Colani bəraət alıb

2021-01-03 09:26

2019-cu ilin noyabr etirazlarında saxlanılan milli fəal Meysəm Colani Ərdəbi şəhərinin apellyasiya məhkəməsi tərəfinndən bəraət alıb.

Gunaz.tv Quote | Gunaz article

Əhməd Musapurun başçılıq etdiyi Ərdəbil şəhərinin apellyasiya məhkəməsinin 11 saylı şöbəsi ilkin məhkəmə instansiyasının milli fəala əqarşı irəli sürdüyü ittihamları ləğv edib.

 

İddianaməyə görə, Cinayət Prosessual Məcəlləsinin B 455-ci bəndinə əsasən, Meysəm Colani bəraət alıb və hökmün qəti olduğu bildirilib.

 

M.Colani 30 yanvar 2020-ci ildə, Əkbər Heydərinin başçılıq etdiyi Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsi tərəfindən “qeyri-adi hərəkətlərlə ictimai asayiıi pozmaq” ittihamı ilə 6 ay həbs və 74 şallaq cəzasına məhkum edilmişdir.

 

1- iyulda isə Colaninin apellyasiya şikayətinə baxan Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsi daha öncə çıxarılan 74 şallaq cəzasını qüvvədə saxlayaraq milli fəalın həbs cəzasını 6 aydan 13 aya artırıb.

 

Ərdəbil sakini olan milli fəal 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı.

 

O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

 

Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardandır. O, bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Xatırladaq ki, M.Colani Qarabağın azadlığı uğrunda gedən əməliyyatlara dəstək və Ermənistana etiraz aksiyaları zamanı Ərdəbil İkinci Cəza Məhkəməsinin 110 saylı şöbəsi tərəfindən “rejim əleyhinə təbliğat fəaliyyətləri”, “kiberməkanda rejimə müxalif qrup və şəbəkələrə üzvlük”, “təhlükəsizliyə qarşı toplaşmalarda iştirak və əlbirlik” kimi əlavə ittihamlarla günahlandırılmışdı.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07

gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06