SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal: Gilan rəhbərliyi bu çirkin oyuna girməməlidir – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal: Gilan rəhbərliyi bu çirkin oyuna girməməlidir – VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycanlıların “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilana ilhaq edilməsi ilə bağlı cəhdlərə qarşı etirazları davam edir.


Bu dəfə ərdəbilli fəallardan daha biri Höccət Fikri Astaraya gederək Xəzər dənizi sahilində “Heyran gədiyi” hadisələrindən danışıb, Azərbaycana qarşı irəli sürülən ərazi idialarını kəsin qınayıb.


“Mən bir azərbaycanlı gənc kimi Astaraya gəlib, məsulların çirkin siyasətinə etiraz etməyi özümə borc bildim”- deyə o sözlərinin bir hissəsində qeyd edib.


Azərbaycanlı fəal sözlərinin arasında Gilan rəhbərliyinə bu çirkin siyasətlərindən əl çəkməyi məsləhət görüb.


https://www.youtube.com/watch?time_continue=25&v=6iL5AA82RrY



H.Fikrini sözlərini bu şeirlər yekunlaşdırıb:


“Gözün tikmə yurdum Azərbaycana
Dalğın dənizdir batarsan qana,
Yaşasın Astara, Yaşasın Ənzəli
Yaşasın Ərdəbil, Yaşasın Azərbaycan”

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı Gilan rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub. Etirazlar real və virtual aləmdə davam edir.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar