SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbrizdə saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbrizdə saxlanılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbrizdə iş yerinə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Naməlum istiqamətə aparılan fəalın hansı səbəbdən tutulduğu barədə hələlik heç bir məlumat yoxdur.

 

Azərbaycanlı fəal fevralın 27-i səhər saatlarında tutulub.

 

H.Əliməhəmmədi 2013-cü il noyabrın 4-də digər azərbaycanlı fəal Taha Kirmani ilə birlikdə Təbrizdə yaxalanaraq bu şəhərin Ettelaat İdarəsinə aparılmışdır. Onlar Ettelaat təcridxanasında müvəqqəti saxlandıqları müddətdə bir çox işgəncələrə məruz qalıb.

 

H.Əliməhəmmədi Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ və ölkə rəhbərini təhqir etmək ittihamı ilə 3 il həbsə məhkum edilib. O həbs cəzasını çəkdikdən sonra 2017-ci il avqustun 6-da Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətlərə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar