SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər həbs olunub

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər 3 aylıq həbs cəzasını çəkmək üçün həbs edilib.

 

Təbrizli fəal yanvarın 30-da yaşadığı şəhərin mərkəzi zindanında həbs olunub.

 

O əsgər olduğu zaman mərhum azərbaycanlı fəal Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə və həbsdə olan azərbaycanlı fəallara dəstək verdiyinə görə saxlanılıb və Təbriz zindanında sorğu-suala tutulub.

 

Sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq kimi qondarma ittihamlarla üzləşən Şahin Bərzgər Hərbi Məhkəmənin 1-ci şöbəsində mühakimə olunub. 3 ay həbs cəzasına məhkum edilən fəal 70 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Hökmlə bağlı fəalın şikayətinə baxan Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi onun etirazını rədd edərək həbs qərarını olduğu kimi qüvvədə saxlanıb.

 

Qeyd edək ki, Azərbaycanlı fəalların əksəriyyəti İran məhkəmələrində əsassız olaraq sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə üzləşir və bu ittihamla həbs cəzasına məhkum edilir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar