SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Yasin Ərfəi müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Yasin Ərfəi müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Yasin Ərfəi Tehranın Evin Zindanından müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Fəalın 500 milyon riallıq mülki vəsiqə qarşılığında bazar günü azadlığa buraxıldığı bildirilir.

 

Əslən Mərəndin Zinuz şəhərindən olan Tehran sakini Y.Ərfəi daha iki azərbaycanlı fəal Behnam Nurməhəmmədi və Mehdi Qəməri Binisli ilə birlikdə Tehranda saxlanılmışdır. Fəalların türk dilində təqvim çap etdiklərinə görə saxlandıqları bildirilir.

 

Ettelaat əməkdaşları Y.Ərfəini martın 19-u, B.Nurməhəmmədini martın 14-ü və M.Q.Binislini martın 22-də yaxalayaraq Evin Zindanına aparıblar.

 

Əslən Şəbistərin Nadarlı kəndindən olan B.Nurməhəmmədi aprelin 7-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında Evin zindanından müvəqqəti olaraq azadlığa buraxılıb. Eyni dosyeyə görə tutulan azərbaycanlı öyrənci fəal M.Q.Benislinin hansı şəraitdə saxlandığı barədə isə heç bir məlumat yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar