SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəallar Bicar yüksəkliklərində iməcilik keçirib - GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəallar Bicar yüksəkliklərində iməcilik keçirib - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Son illərdə Güney Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərın yaşanması, soydaşlarımızın ətraf mühitə qayğısını artırıb.

 

Məlumata görə, bir qrup bicarlı milli-mədəni fəal Nisar dağı yüksəkliklərində iməcilik keçirərək ərazini zibil və məişət tullantılarından təmizləyiblər.

 

İməciliyə ailələri ilə birlikdə qatılan fəallar əraziyə atılan tullantıları kisələrə dolduraraq ətrafdakı zibilliyə atıblar.

 

Fəallar tərəfindən keçirilən iməcilik yerli əhali tərəfindən alqışlanıb.

 

Son illər müxtəlif bölgələr, xüsusi ilə də Urmu gölü ətrafında  vaxtaşırı keçirilən iməciliklər, Güney Azərbaycanda yaxşı ənənəyə çevrilib.

 

Nisar dağı Bicar şəhərinin şimal-qərb tərəfində yerləşir və bölgənin sayılan turizm məntəqələrindən biridir. İnzibati-ərazi bölgüsünə görə Kürdistan Əyalətində yerləşən Bizar Azərbaycan şəhəridir, əhalinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır.

 

Aşağıdakı görüntülər Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) mətbuat orqanından götürülüb:

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar