SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Röya Səğiri həbsxanadan məzuniyyətə buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Röya Səğiri həbsxanadan məzuniyyətə buraxılıb

Gunaz.tv

GünAz TV: İranda tətbiq olunan məcburi hicaba qarşı çıxdığına görə həbs edilən azərbaycanlı öyrənci fəal Röya Səğiri həbsxanadan 5 günlük məzuniyyətə buraxılıb.

 

Fəal noyabrın 3-də Təbrizin Mərkəzi Zindanından məzuniyyətə çıxıb.

 

Azərbaycanlı öyrənci avqust ayında həbs edilib, o Təbriz Mədəni Universitetinin öyrəncisi və qadın hüquqları  müdafiəçisidir.

 

24 yaşlı Röya Səğiri İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı (İranda dey ayı etirazları adlanır) Təbrizdə saxlanmışdır.


Məcburi hicaba qarşı çıxan azərbaycanlı öyrənci “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” kimi uydurma ittihamlarla üzləşərək 23 ay həbs cəzasına məhkum edilib, hökm iyul ayında Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.


Azərbaycanlı öyrənci bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib, məhkəmənin bu qərarı da Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi təsdiqlənib.


Röya Səğiri həmçinin başqa bir dosyeyə görə “qanunsuz yığıncağa qatılmaqla ümumi asayişi pozmaq” və “hicabsız şəkildə ictimai yerlərə çıxmaq” kimi uydurma ittihamlarla üzləşərək 1 il şərti həbs, 10 şallaq zərbəsi və müəyyən miqdarda cərimə ödəməyə məhkum edilmişdir.


Ötən dekabr ayının son günləri və yanvarın ilk həftələrində İran şəhərlərində keçirilən etirazlar qısa müddətdə 100-dən çox şəhəri bürüdü. İqtisadi gərginliklə bağlı başlayan etirazlarda sonralar müxtəlif şüarlar səsləndirildi və bir çox tələblər irəli sürülüldü. Kütləvi aksiyalarda azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak oldu, təxminən 5 min etirazçı saxlanıldı. Polis əksər şəhərlərdə keçirilən aksiyalara güc tətbiq etdiyi üçün beynəlxalq qurumlar tərəfindən kəskin şəkildə pislənildi.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar