SON XƏBƏRLƏR

Azərbaycanlı rejissordan faşist fars jurnalistə sərt cavab: “Lütfən, səsini kəs!”- VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı rejissordan faşist fars jurnalistə sərt cavab: “Lütfən, səsini kəs!”- VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycanlı rejissor Yaqub Sadiq Camali jurnalist  Əmir Fərz İlahinin faşist çıxışına verdiyi reaksiyada onu türklərin əzəmətini görmək üçün Təbrizə dəvət edib və ona xitabən “lütfən, səsini kəs!” deyib.

 

Koroğlu tamaşasının rejissoru olan Camali İnstagram səhifəsində yerləşdirdiyi postda sözügedən jurnalistə xitabən yazıb:

 

“Cənab dırnaqarası jurnalist! Sənin bütün səfər xərclərini öz cibimdən ödəyirəm! Təbrizə gəl, Koroğlu tamaşasında türklərin zəngin mədəniyyət, folklor və incəsənət okeanından yalnız cüzi bir hissəsini gör! Atabay filmində gördüyün, Koroğlu tamaşasında isə görəcəklərin azərbaycanlıların mədəni və incəsənət böyüklüyündən yalnız bir qismidir. Elə isə səsini kəs və səfərinin pulunu yatırmağım üçün hesab nömrəsi ver!”

 

Faşist jurnalist və “Ağ-qara” nəşrinin baş redaktoru Əmir Fərz İlahi ötən gün Fəcr Film Festivalında türkcə çəkilmiş Atabay filminin tənqidi və təhlili ilə bağlı keçirilmiş toplantıda filmi hazırlayanlara qarşı kəskin ifadələr işlətmişdi. O, həmçinin bildirmişdi ki, “İranda heç kimin türk dilində film çəkmək haqqı yoxdur”.

 

 

“İranın rəsmi dili fars dilidir. Bu necə filmdir ki, onun tamaşaçısı filmə farsca alt yazı ilə baxmalıdır?!”- deyə sözdə jurnalist əlavə etmişdi.

 

Onun bu sözləri Atabay filminin rejissoru xanım Niki Kərimi, eləcə də yazıçısı və aktyoru Hadi Hicazifərin kəskin etirazına səbəb olmuşdu.

 

“Biz İranın müxtəlif bölgələrində yaşayan insanlarla bağlı çox az iş görmüşük. Ölkədə çəkilən filmlərin hamısının dilinin farsca olmalı olduğunu kim deyib? Bu arada, İranda istehsal edilmiş filmlərin 90%-i fars dilindədir”, - deyə Xanım Kərimi vurğulamışdı.

 

Hadi Hicazifər də faşist jurnalistə xitabən sən bu faşist təfəkkürlə Atabayın qrup yoldaşı olan dostlarından birinin rolunu oynaya bilərsən.

 

"Sən və başqa kimsənin türk dilini təhqir etməyə haqqı yoxdur və Konstitusiyaya əsasən, türk dili ölkədə tədris edilməlidir. İranda separatçılıq təfəkkürlərinin formalaşması sənin kimilərin faşist baxışlarına görədir”, - deyə Hicazifər türk düşməni olan jurnalistə xitabən əlavə edib.

 

Diqqət çəkən məqamlardan biri budur ki, Hadi Hicazifər jurnalistə verdiyi reaksiya zamanı bildirib ki, mən burda səninlə bir türk olaraq danışan zaman digərləri gülüşməyə başladılar. Bu isə İranda faşizm və türk düşmənliyinin köklü olduğunun açıq göstəricisidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar