SON XƏBƏRLƏR

Azərbaycanlı şagirdlər Amerika və İsrail bayraqlarının üzərinə ayaq basmayıb – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı şagirdlər Amerika və İsrail bayraqlarının üzərinə ayaq basmayıb – VİDEO

Gunaz.tv

GünAz TV: İranda məktəblərinin birində keçirilən mərasimdə şagirdlərin Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail bayraqlarına qarşı olmadıqları bir daha məlum olub.

 

İnternetdə yayılan videoda göründüyü kimi, məktəbin giriş qapısının önündə ABŞ və İsrail bayraqlarının yerə atıldığı görünür. Bu, şagirdlərin məktəbə daxil olarkən bayraqları ayaqlaması üçün edilib. Mərasimin başlanğıcında iki şagirdin xarixi ölkələrin bayrağına hörmət etdiyi görüntülənib. Şagirdlərdən biri Amerika və İsrail bayraqlarını ayaqlamasın deyə ayaqlarını atdığı yerə xüsusi diqqət yetirir. Digər şagird isə həmin yerə ayaq basmamaq üçün əlillər üçün nəzərdə tutulan keçiddən istifadə edir. Şagirdlərin azərbaycanlı olduğu bildirilir.

 

Ölkələrin bayrağı müqəddəs anlam daşıdığı üçün onun təhqir olunması təmsil olunan millətin aşağılanması kimi qəbul olunur, ona görə də bu əməl dünya ictimaiyyəti tərəfindən çox pis qarşılanır. Buna baxmayaraq İranda keçirilən əksər mərasimlərdə Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrailin bayraqları müxtəlif şəkildə aşağılanır. Lakin bir sıra vətəndaşlar imkan daxilində bu əməldən çəkinirlər.

 

Video:

https://www.youtube.com/watch?v=JMpU2SK3C8Q

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar