SON XƏBƏRLƏR

Azərbaycanlı şair Abbas İslamının dəfn mərasimi necə keçdi?

2021.10.20, 07:36
Azərbaycanlı şair Abbas İslamının dəfn mərasimi necə keçdi?

Gunaz.tv

GünAz TV: Noyabrın 15-i (abanın 24-ü) Güney Azərbaycanın Əhər şəhərində “Bariz” təxəllüslü azərbaycanlı şair Abbas İslaminin dəfn mərasimi keçirilib.

 

Məlumata görə, dəfn mərasimi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçib. Buna səbəb soydaşlarımızın, mərhumu xüsusi ağırlamaq planları olub.

 

Belə ki, mərhumun ölüm xəbəri eşidilincə, bir qrup milli mədəni fəal Əhər şəhərinin Bələdiyyə və irşad idarəsinə müraciət edərək, şairin azərbaycan mədəniyyət və ədəbiyyatına etdiyi xidməti xatırladıb və dəfn mərasiminin xüsusi ağırlanmasını istəyiblər. Onlar, adını çəkdiyimiz idarələrinin imkanlarından da istifadə etmək istədiklərini vurğulayıblar. Lakin, sözü gedən idarə məsulları nəinki bütün tələblərə qarşı çıxıb, hətta azərbaycanlı fəalların xüsusi hazırlıqları barədə məlumatı, ETTELAAT idarəsinə çatdırıblar. Buda səbəb olub ki, ETTELAAT məmurları və digər təhlükəsizlik qüvvələri dəfn mərasimini xüsusi nəzarətə götürsünlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar