SON XƏBƏRLƏR

Azərbaycanlı şairin oğlu atasının Təbrizdə saxlanılması haqda danışıb – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı şairin oğlu atasının Təbrizdə saxlanılması haqda danışıb – VİDEO

Gunaz.tv

GünAz TV: Türk dili və ədəbiyyatı ustadı, tanınmış şair Məhərrəm Vəlipurun oğlu sosial şəbəkələrdə yaydığı videoda atasının Ettelaat əməkdaşları tərəfindən saxlandığı barədə məlumat verib.

 

Xoşnam adı ilə tanınan şairin oğlu atasının noyabrın 10-da Ettelaat İdarəsinin mülki geyimli əməkdaşları tərəfindən Təbrizin Əmirxiz məhəlləsində saxlandığını bildirib.

 

Ettelaat Əməkdaşları ustad Xoşnamın evinə hücum çəkərək onu saxladıqdan sonra evdə axtarış aparıb və şairin bəzi şəxsi əşyalarını götürüblər. Hazırda onun vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.

 

Bu barədə ustad Xoşnamın oğlunun sözlərini aşağıdakı videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=1&v=5XH9H5PQFp4

 

Ustad Məhərrəm Vəlipur 1989-cu ildən ədəbiyyat sahəsində fəaliyyət başlayıb. O mərhum Prof. Məhəmmədtağı Zehtabinin elmindən bəhrələnən ədəbiyyatçılardan biridir.

 

“Qonqa başındayam”, “Bəbəyimin özümü” və “Dənizliyimi dalğalanıram” kitabları ustad Xoşnamın nəşr olunmuş əsərlərindəndir.

 

Son vaxtlar İranda azərbaycanlı milli və mədəni fəallara qarşı təzyiqlər artıb. Bu istiqamətdə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) xüsusi fəallıq göstərdiyi müşahidə olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar