SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi barəsində təşkil olunan yeni dosyeni şərh edib – Səs Faysı

2021.10.20, 07:36
Azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi barəsində təşkil olunan yeni dosyeni şərh edib – Səs Faysı

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi haqda həbsxananın təhlükəsizlik qüvvələri tərəfindən yeni dosye təşkil olunub, fəal “rəhbəri təhqir etmək və ümumi asayişi pozmaq” ittihamı ilə üzləşib.

 

Azərbaycanlı fəala qarşı irəli sürülən qondarma ittiham Tehran müqəddəs 33 nahiyyəsi məhkəməsinin 4-cü şöbəsinin hakimi tərəfindən  təsdiqlənib, o həmin ittihama görə 100 milyon tümənlik mülki vəsiqə qərarı ilə üzləşib.

 

S.Mirzayi bir Səs Faylı yayaraq təşkil olunan yeni dosye və üzləşdiyi ittihama aydınlıq gətirib.

https://www.youtube.com/watch?v=ut_Alhbluao

 

“Yorulmaz mübariz cənab Abbas Lisaninin dediyi kimi, mübarizə və fəaliyyət kimlərinsə saxlanılması vəya həbs edilməsi ilə dayanmaz, lakin yeni mərhələyə keçər. Mən 18 aylıq həbs müddətimdə imkan daxilində fəaliyyətimi davam etdirdim. Hətta düşüncə və fəaliyyət yönümdən uzaq olan sahələrdə belə fəaliyyət etdim. Mən bu müddətdə qeyri-siyasi məhbusların hüquqlarını da müdafiə etməyə çalışdım. Məsələn telefon hüquqları təmin olunmayan məhbuslar vəya fırıldaqçıların 17 milyon tümən pulunu apardığı yaşlı kişinin haqqına çatması üçün əlimdən gələni etdim. Belə hadisələr zindanda mənlə insanların hüquqlarını pozanlar və fırıldaqçılar arasında ixtilafa və qarşıdurmalara səbəb oldu.

 

Mənim zindandakı fəaliyyətlərimdən qəzəblənən təhlükəsizlik qüvvələri vəziyyətdən sui-istifadə edərək oğurluq, saxtakarlıq, qaçaqmalçılıq və s. kimi cinayətlərdə ittiham olunan şəxsləri mənə qarşı şər-böhtan atmağa məcbur etdilər. Lakin onların çirkli hədəflərinə çatmaq üçün belə insanlarla işbirliyinə girməsi, çox zəif və çarəsiz vəziyyətdə olduqlarını göstərdi.

 

Belə bir ssenari əziz dostumuz Süheyl Ərəbiyə qarşı da həyata keçirildi. O hazırda zindanın karantin bölümündədir və telefon, görüş, ərzaq alış-verişi və s. kimi hüquqlarından məhrumdur. Qanuna əsasən məhbuslar ittihamlarına görə fərqli korpuslarda saxlanılmalıdır. Lakin bu qanun məhbusların tələbinə rəğmən icra olunmur və həbsxanalarda bir çox problemlər və qarşıdurmalara səbəb olur.

 

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, məhkəmələr o zamana qədər ki, yalançı, oğru və cinayətkar insanların iddiası əsasında qərar çıxaracaq, onların heç bir legitimliyi olmayacaq. Şebhəsiz ki, belə məhkəmələr ədalətə riayət edə bilməz”- deyə azərbaycanlı fəalının şərhinin bir hissəsində qeyd olunub.

 

Xatırladaq ki, S.Mirzayi Tehran Apelyasiya Məhkəməsinin 36-cı Şöbəsinin yekun qərarına əsasən 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edilib. “Daxili təhlükəsizliyə qarşı qanunsuz qrup yaratmaq”da ittiham olunan fəal hazırda Tehranın Evin zindanın 8-ci korpusunda saxlanılır.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar