SON XƏBƏRLƏR

Azərbaycanlı uşaq bağçada farsca danışmağa məcbur edilib – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı uşaq bağçada farsca danışmağa məcbur edilib – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda ana dili ilə bağlı məktəb və digər təhsil müəssisələrində yaşanan problemlər uşaq bağçalarında da yaşanır.

 

İnternetdə yayılan bir videoda azərbaycanlı uşaq baçğalarda uşaqlara qarşı tətbiq olunan irqçi hərəkətləri ifşa edib.

 

Uşaq “Nə üçün bağçaya getmək istəmirsən?” sualına belə cavab verib: “Müəllimə bizə türkcə danışmağa icazə vermir. Biz “su”yun yerinə “Ab” sözündən istifadə etməliyik. Mən türk dilində su istədiyimi deyirəm, lakin müəllimə məni məcbur edir ki, sözümü farsca deyim. Mən bu cür (fars dili nəzərdə tutulur) danışmağı xoşlamıram, öz dilimdə danışmaq istəyirəm”- deyə o bildirib.

 

Azərbaycanlı uşaq “Öz dilim deyəndə nəyi qəsd edirsən?” sualının cavabında deyib ki, “mən elə söhbət etdiyimiz dili deyirəm; Türk dilini... .”

https://www.youtube.com/watch?time_continue=18&v=qzJlHj8Bdis

 

Bu video internetdə azərbaycanlılar tərəfindən geniş yayılıb.

 

İranda ana dilində təhsil almaq qadağandır. Milyonlarla Azərbaycan türkü rəsmi dil adı ilə ölkəyə sırınmış fars dilində təhsil alır. Azərbaycanlılar uzun illərdir ana dilində təhsil almaq üçün mübarizə aparır, lakin bu istiqmaətdə bu günə qədər hər hansı bir nəticə əldə olunmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar