SON XƏBƏRLƏR

Azərbaycanlı yerli məsul: “Qiymətli daş yataqlarının adı Həştrudun, dadı İsfahanındır”

2021.10.20, 07:36
Azərbaycanlı yerli məsul: “Qiymətli daş yataqlarının adı Həştrudun, dadı İsfahanındır”

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətində yerləşən Həştrudun Şəhər İcra Hakimiyyətinin başçısı bölgə mədənlərində əldə olunan məhsulların fars bölgələrinə daşındığı məsələsinə toxunub.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata əsasən, Əmin Əminiyan bildirib ki, bölgədəki qiymətli daş yataqlarının adı Həştrudun, dadı isə İsfahanındır.

“Bu məntəqədə daş istehsalı ilə bağlı fabrika və avadanlıqlar yoxdur. Ona görə də çıxarılan məhsul xammal kimi İsfahana daşınır. Bölgədə yolların dağılması isə Həştrudun payına düşür.”- deyə o bildirib.

 

Əmin Əminiyan şəhərdəki qazıntılara laqeyd qaldığına görə Bələdiyyə İdarəsini də tənqid edib. O bildirib ki, İcra Hakimiyyəti bu məsələnin Bələdiyyə İdarəsi tərəfindən əhəmiyyətsiz məsələ kimi təqdim olunmasına qarşıdır. Bələdiyyənin işi şəhəri gözəlləşdirməkdən ibarət olmalıdır.

 

“Yəsavəl, “Yengə kəndi”, “Ceyran dərə”, Eynabad və daha bir neçə kənddə yol problemi var. Yol İdarəsi bu məsələyə baxmalıdır. 48 kənddə isə içməli su və telekommunikasiya sahəsində problem yaşanır.”- deyə Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan mədənlərini talayaraq məhsulu xammal kimi İranın mərkəzi şəhərləri və fars bölgələrinə daşımaq yeni hadisə deyil. Bu uzun illərdir ki, İran rejimi tərəfindən Güney Azərbaycanın bütün əyalətlərində həyata keçirilir. Bölgə əhalisi və bəzi yerli məsullar buna davamlı olaraq etiraz etsə də hələ bu istiqamətdə heç bir dəyişiklik yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar