SON XƏBƏRLƏR

Azərbaycanlılar İranın “Sepəh” bankını boykot etdi

2021.10.20, 07:36
Azərbaycanlılar İranın “Sepəh” bankını boykot etdi

Gunaz.tv

GünAz TV: Nəşr etdiyi iqtisadi dərgidə türk millətini aşağılayıcı sifətlərlə təqdim edən İranın “Sepəh” bankı azərbaycanlı müştərilərinin boykotu ilə üzləşib.


Məlumata görə, Azərbaycanlılar İranın bütün bölgələri, xüsusi ilə də Güney Azərbaycan şəhərlərində pullarını “Sepəh” bankından götürüb və hesablarını bağlayıblar.


İran bankının bəzi məsullarının Email və Teleqram adresləri də sosial şəbəkələrdə yayılıb, insanlar bu adreslər vasitəsi ilə etirazlarını hökumətin irqçi məsullarına çatdırır.


Güney Azərbaycanda başladılan “Sepəh-Bankına-Yox” kampaniyası hələ də davam edir, kampaniyaya qoşulanlar arasında böyük mağaza sahiblərinə də rast gəlinir.


Aşağıdakı görüntü Sulduz şəhərindəki bir ərzaq mağazasına aiddir. Mağaza həmin bankın kartını qəbul etməkdən imtina edib.
Soydaşlarımız bu boykotla İrandakı irqçilərə ibrət dərsi vermək niyətindədir.

 


Üç gün öncə “Sepəh” bankının iqtisadi, mədəni və ictimai  aylıq dərgisinin 185-ci sayı nəşr olunub. Dərgidə “Çillə gecəsində manat” adlı sözdə tarixi dastan dərc edilib. Rübab Fəzayeli tərəfindən yazılan dastanda türklər “nadan”, “biliksiz dələduz və təkəbbürlü” insanlar kimi təqdim olunub.

 

 


İranda rəsmi orqanlar, kütləvi informasiya vasitələri və hətta dərsliklərdə türklərin təhqir edilməsi hallarına tez-tez rast gəlinir. Bunun sistemli şəkildə həyata keçirildiyinə dair müxtəlif sübutlar var.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar