SON XƏBƏRLƏR

Azərbaycanlıların milli şüarlarını kölgədə qoymaq üçün bunu da etdilər! - Ərdəbildə keçirilən beynəlxalq voleybol yarışlarında

2021.10.20, 07:36
Azərbaycanlıların milli şüarlarını kölgədə qoymaq üçün bunu da etdilər! -  Ərdəbildə keçirilən beynəlxalq voleybol yarışlarında

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərinin Sultan Savalan stadionunda (Rzazadə stadionu) keçirilən dünya millətləri voleybol liqası yarışlarında azərbaycanlılar tərəfindən milli şüarlar səsləndirilməsin deyə xüsusi önləyici tədbir alınıb.

 

Azərbaycanlılara qarşı yönələn tədbir iyunun 21-də yarışların birinci günündə voleybol izləyicilərinə (azarkeşlər) başçılıq edən “lider”lərin fars bölgələrindən gətirilməsi ilə özünü göstərib. Bundan əlavə, hökumət orqanları azərbaycanlı milli-mədəni fəalların stadionda tamaşaçı qismində iştirak etməsinin qarşısını almaq üçün bilet satışına məhdudiyyətlər tətbiq edib. Stadiona ən çox hökumət işçiləri və rejimə yaxın olan şəxslər gətirilib.

 

Bu barədə “Təbriz mən” xəbər agentliyi önəmli məsələlərə toxunub.

“Son günlərdə Azərbaycan əhalisi Urmiyə və Ərdəbil şəhərlərində İranın voleybol tarixində ən yaxşı qonaqçı olduqlarını göstərdikləri halda bəzi məsullar paytaxtdakı müdirlərin verdiyi proqramlar əsasında Azərbaycan stadionlarında qəribə hadisələrin yaranmasına səbəb olur.

Tamaşaçılar stadiondakı liderlərin (azarkeşlərə başçılıq edən şəxslər lider adlanır) farsdilli olduğunu, şüarların isə məcburi olaraq fars dilində səsləndirildiyini bildirir. Bu şüarlar stadionun səsgücləndirici vasitələri ilə yayılır.

Çox maraqlıdır, bəziləri milli birliyi təmin etmək yerinə kiçik siyasi məsələləri düşünür və Azərbaycanın böyük şəhərlərində nifaq salmağa çalışır.”- deyə məlumatda bildirilib.

 

Xəbər agentliyi “tehranlı liderlərin fars dilində şüar səsləndirməsi, “Yaşasın Azərbaycan” şüarinin başqa şüarla dəyişdirilməsi, türk tamaşaçılarla dolu stadionda fars musiqisinin yayılması və “Traxtur” komandası bayrağının görünməməsi üçün tamaşaçıların oturduğu yerlərdə işığın söndürülməsi və s. kimi məsələləri də tənqid edib.

 

Qeyd edək ki, beynəlxalq voleybol yarışları ötən həftə Urmiyənin “Durnalar yuvası” stadionunda keçirilmişdir. Yarışlar zamanı Azərbaycanla bağlı çoxlu şüar səsləndirildi. Bundan sonra İran idman nazirinin müavini oxşar şüarların Ərdəbildə səsləndirilməsinə icazə verilməyəcəyini bildirdimişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar