Azərbaycanlıların soyqırımı ilə bağlı yeni faktlar açılır: “Erməni yalanları ifşa edilməlidr”

2021-04-02 14:13

​​​​​​​Qarşıdan qondarma erməni soyqırımının anım günləri gəlir. Yenə də erməni yalan maşını işə düşəcək, Türkiyəyə, Azərbaycana qarşı ittihamlar səslənəcək. 44 günlük savaş çox şeyi dəyişdi. 

Gunaz.tv Quote | Gunaz article

O cümlədən düşüncələrimiz. 30 ildə daşlamış bir fikir vardı: ermənilər güclüdür, arxalıdır, onlara qalib gələ bilmərik. 

Lakin Vətən müharibəsi göstərdi ki, heç də belə deyilmiş. Savaş meydanında düşmənə qalib gəldik. Demək informasiya müharibəsində də qalib gələ bilərik. 

Ermənilər iddia edir ki, keçmiş Osmanlı imepriyasının ərazisində 1 milyondan çox erməni qətlə yetirilib. Son məlumatlara görə 1918-ci ildə Cənubi Qafqazda, Osmanlı və Qacar dövləti (indiki İran) ərazisində xeyli sayda türk-müsəlman qətlə yetirilib. 

Bəzən 31 mart soyqırımı deyəndə yalnız Bakıda, Qubada, İrəvanda, Naxçıvanda, Qarabağda, Şamaxıda olan qırğınları nəzərdə tuturuq. Lakin indiki İran ərazisində törədilən qətliamı nəzərə alınmır. Halbuki orada da öldürülən bizim soydaşlarımız idi. 

Artıq şüurlarda daşlamış düşüncələri dəyişməyin zamanıdır. Azərbaycanlıların soyqırımının əsl miqyası ilə bağlı gerçək rəqəmlər, əsl həqiqət ortaya çıxmalıdır. Bu məsələdə medianın üzərinə böyük yük düşür. 

Media erməni yalanlarının ifşası, azərbaycanlıların soyqırımı ilə əlaqədar əsl həqiqətlərin ortaya çıxarılması üçün  hansı addımları atmalıdır?

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) hazırladığı filmdə bildirilir ki,  İranın Qərbi Azərbaycan əyalətində erməni qüvvələri 1917-ci ilin dekabrında 1918-ci ilin aprelinə qədər Urmiyada 200 mindən çox azərbaycanlını və yəhudini qətlə yetirib. 

Culfa, Xoy və Mərənd bölgəsində 60 min azərbaycanlı öldürülüb. İran hökumətinin rəsmi rəqəmlərinə görə,  ümumilikdə  1917-ci ilin dekabrında 1918-ci ilin aprelinə qədər 700 mindən çox azərbaycanlı türk qətlə yetirilib. Bu rəqəm nə dərəcədə realdır? 

“Azərbaycan Ermənistana təzminat davası açmalıdır”

Politoloq Məhəmməd Əsədullazadə Günaz.TV-yə açıqlamasında bildirib ki,  Ermənilərin qondarma soyqırım iddiasını qaldırması və Türkiyə qarşı apardığı təzminat davası uzun illərdir davam edir:

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

"Hər il 24 apreldə Türkiyəyə qarşı eyni ssenari davam edir. 

ABŞ-da bu il yeni prezidentin hansı mövqe ortaya qoyacağı gözlənilir. Azərbaycan və Türkiyə Ermənıstanın bu iddialarına qarşı informasiya savaşında bir yerdə çalışmalıdır”.

Onun sözlərinə görə, son illər üzə çıxmış arxiv materialları azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətinin miqyasının geniş olduğunu göstərir. Politoloq hesab edir ki, bu faktlarında istifadə edərək ermənilərin bölgənin türk-müsəlman, yəhudi, ləzgi, talış əhalisinə qarşı törətdiyi qanlı qırğınları ifşa etmək lazımdır: 

“Məhz 31 mart soyqırımı ilə bağlı Azərbaycan və Türkiyə Ermənistanı küncə sıxa bilər. Faktlar var, toplu məzarlıq var. Hətta prezident Rəcəb Tayyib Ərdoğan Qubada 31 mart soyqırım memorial abidəsini prezident İlham Əliyevlə birgə ziyarət edib, dünyaya mesaj verməlidir. 

Azərbaycan Ermənistana təzminat davası açmalıdır. Bu bir tarixi reallıqdır və Ermənistanın bu iddialarına qarşı tutarlı bir faktdır. Təəssüf ki, bu istiqamətdə önəmli addımlar atılmır”.

“Xarici dilləri bilən yeni nəsil jurnalistlər yetişməlidir”

Elçin Mirzəbəyli: “Rusiya təzyiq dilini qəbul etmir və etməyəcək də...”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Baymedia.az xəbər portalının rəhbəri Elçin Mirzəbəyli bildirib ki, 44 günlük müharibəsi sübut etdi ki, biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də erməniləri üstələyə bilərik: "Azərbaycan mediası bu prosesdə aktiv oldu. 

Eyni zamanda olduqca effektli koordinasiya edilən proses Türkiyə mediası üzərindən də həyata keçirildi ki, bu da bizə müəyyən üstünlüklər qazandırdı. İmzalanan yeni sazişə əsasən Türkiyə-Azərbaycan media platformasının yaradılması qərar alınıb. 

Hər iki dövlətin başçısı sənədi ratifikasiya edib. Sazişə görə uzunmüddətli prosesin həyata keçirilməsi nəzərdə tutulub. Qənaətimə görə bu prosesin içərisində medianın mahiyyəti dəyişəcək. 

Onun dünya dünya arenasına çıxması üçün müəyyən üfiqlər açılacaq. Azərbaycanlılara qarşı soyqırımı və erməni yalanları ilə bağlı məsələyə də Azərbaycan mediası kontekstində yanaşmaq istəməzdim. 

Çünki ölkə sərhədləri çərçivəsində Azərbaycandilli media uzaqbaşı Azərbaycan dilini bilən coğrafiyaya müəyyən qədər təsir edə bilər. Ondan kənara çıxmaq üçün hazırlanan materialların xarici informasiya resurslarına çıxması təmin edilməlidir. Bu vacib şərtlərindən biridir. Biz daha çox çalışmalıyıq ki, yeni nəsil jurnalistlər formalaşsın. 

Bir neçə xarici dili bilən, xarici media orqanlarında çalışmaq potensialı olan jurnalistlər yetişməlidir. Çalışmalıyıq ki, xarici dilləri bilən jurnalistlərin nüfuzlu media orqanlarında təcrübə keçməsini təmin edək. Müxtəlif proqramlarda, layihələrdə iştirak etsinlər, xarici media orqanlarının onlara ehtiyacı olsun. 

Bu halda nəyəsə nail olmaq mümkündür. Çünki prosesin içində olmaq lazımdır. Hazırda Türkiyə mediasına təsir imkanlarımız mümkündür. Lakin eyni sözü Britaniya, Fransa haqqında deyə bilmərik. Bunu ABŞ-da, Avropada etmək çox çətindir. 

Həmin o media qurumlarının içərisində yer almasan, onların rəyinə, informasiya siyasətini təsir göstərə bilməzsən. Bu baxımdan kreativ düşüncəli, analitik təfəkkürə malik yeni  jurnalist nəslinin yetişməsinə nail olmaq lazımdır”. 

Baş redaktor bildirib ki, Azərbaycanda fəaliyyət göstərən mövcud kütləvi informasiya vasitələrinin resursları ilə böyük layihələri həyata keçirmək mümkün deyil: “Reklam bazarı, medianın gəlir mənbələri yoxdur. Gəlir mənbəyi olmayan media hansı resursları, peşəkar işi ortaya qoya bilər? Peşəkar kadrları saxlama üçün vəsait lazımdır”. 


Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14

gun az article

Rusiyada daha 8326 nəfər COVID-19-a yoluxub, 399 nəfər ölüb

2021-04-14

gun az article

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

2021-04-14