Azərbaycannın bəzi əyalətlərinnin COVİD-19-la bağlı bu günkü durumu

2021-02-18 15:40

Qərbi Azərbaycanın Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rəisi cavad Ağazadə bu gün verdiyi açıqlamada son 10 gün içində əyalətdə gündəlik yoluxma sayının ortalama 400 nəfər civarında olduğunu və bununda virusun yayılmasının artdığını göstərdiyini deyib.

Gunaz.tv Quote | Gunaz article

O, son 24 saatda 393 nəfərin virusa yolduxduğu və onların 20 faizinin əyalət xəstəxanalarında yerləşdirildiyini açıqlayıb.


C.Ağazadənin dediyinə görə, son 24 saatda qəbul olunan 81 xəstə ilə birlikdə xəstəxanalarda koronovirus xəstəliyi səbəbindən müalicə altında olan xəstə sayı 478 nəfərə çatıb.


Onlardan 137 nəfəri reanimasiya şöbələrində yerləşdirilib. 31 nəfər isə süni tənəffüs aparatlarına qoşulub.


Bununla yanaşı son sutkada 2 nəfər Xoy, iki nəfər isə salmas şəhərində dünyasını dəyişib və bu günə kimi Qərbi Azərbaycanda koronovirusdan ölənlərin sayı 3580 nəfərə yüksəlib.


Pandemiyanın yayılmasından bu günə kimi Qərbi Azərbaycanda yoluxma sayı 110 min 448 nəfər olmaqla, İranda ümumi yoluxmanın 7 faizini təşkil edir.


Ərdəbil əyalətinin Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rəisi Şəhram Həbibzadə mətbuata verdiyi müsahibədə son 24 saatda 3 koronovirus xəstəsinin dünyasını dəyişdiyini, bununlada ümumi ölü sayının 1386 nəfərə yüksəldiyini söyləyib. O, son 24 saat ərzində 27 yeni xəstənin əyalət xəstəxanalara qəbul edildiyini və bununlada əyalət xəstəxanalarında müalicə alan yoluxanların sayının 167 nəfərə yüksəldiyini söyləyib.


Zəngan əyalətinin qubernaturu Fətullah Həqiqi qarşıdakı iki həftənin mutasiyaya uğramış yeni növ koronovirusun yayılma ehtimalına görə əyalət üçün təhlükəli olacağını deyib. O, ümumi toplantıların təhlükəli olduğunu söyləyərək cümə namazlarının ləğv edilməsi üçün Zəngan və Əbhər şəhərlərinin cümə namazı imamları ilə danışıq aparacağını bildirib.


Zəncan Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rəisi Pərviz Qızılbaşda durumun təhlükəli olduğu barədə xəbərdarlıq edib. O, əyalətin Xorrəmdərə və Əbhər bölgələrinin əhalisinin fəsli işlər üçün yeni növ koronovirusun yaşkarlandığı Qəzvin əyaləti ilə davamlı əlaqədə olduğunu bildirərək, təhlükənin real olduğunu və əyalətdə yenidən xüsusi karantin rejiminin tətbiq edilməsi üçün məsləhətləşmələr apardıqlarını açıqlayıb.


Həmədan əyalətinin Tibb Elmləri Universitetinin rəisi Məhəmməd Tahiri “İRNA”ya verdiyi müsahibəsində ötən 24 saat ərzində bir koronovirus xəstəsinin öldüyünü, bununlada əyalətdə virus qurbanlarının sayının 1506 nəfərə çatdığını deyib.


Onun sözlərinə görə, son sutka ərzində virusa yoluxma şübhəsi ilə 281 nəfər qeydə alınıb və onlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib. Bununlada əyalətdə bu günə kimi xəstəxanalara qəbul olunan yoluxanların ümumi sayı 10 min 357 nəfərə çatıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12