SON XƏBƏRLƏR

Nazir müavini: "Azad edilmiş digər istiqamətlərə də sərnişin marşrutları açılacaq"

2022.01.18, 12:22
Nazir müavini: "Azad edilmiş digər istiqamətlərə də sərnişin marşrutları açılacaq"

Gunaz.tv

Bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar qəbul olunduqda, ictimaiyyətə məlumat veriləcək.

"Hazırda elan olunan istiqamətlər Şuşa və Ağdamdır. Bunun da başlıca səbəbi təhlükəsizlikdir. 

Artıq Şuşa şəhərində minatəmizləmə işləri aparılarkən ərazinin o qədər də çirklənmədiyi, yalnız mərmi sursatları aşkarlandığı məlum olub. Bununla yanaşı, bildiyiniz kimi, ora aparan müasir "Zəfər" yolu inşa olunub, istismara verilib və sərnişinlər ora təhlükəsiz qaydada çata bilərlər. 

Ağdama ötən ilin yay aylarından etibarən silsilə səfərlər təşkil olunub. 

O marşrut özü də tamamilə təhlükəsiz hesab olunur", - deyə R. Hümbətov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda bu istiqamətlər üzrə yalnız Azərbaycan vətəndaşları səfər edə bilər: "İndiki mərhələdə bu, yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur. Onlar həmin ərazilərə yalnız gedib, ziyarət edib və geri dönə bilərlər".

Xatırladaq ki, azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. 

Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar