SON XƏBƏRLƏR

ETTELAAT xarici xəfiyyə təşkilatlarına informasiya ötürən şəxslərin həbs edildiyini bildirib

2021.10.20, 07:36
ETTELAAT xarici xəfiyyə təşkilatlarına informasiya ötürən şəxslərin həbs edildiyini bildirib

Gunaz.tv

Bəyanatda bildirilir ki, İranın Buşehr əyalətində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən həmin şəxslər, regionun bir sıra ölkələrinin xəfiyyə qurumları ilə əlaqədə olublar.


Qeyd olunur ki, həbs olunan şəxslər ölkənin bir sıra həssas qurumlarından mühüm məlumatlar toplayaraq və həmin ölkələrdə yaşayan və ya gedib gələn İran vətəndaşların vasitəsilə sözügedən ölkələrin xəfiyyə təşkilatlarına ötürürmüşlər. 


ETTELAAT-ın bəyanatında xarici ölkələrə casusluqda günahlandırılaraq həbs olunan şəxslərin adları və onların konkret hansı ölkələrinin xəfiyyə qurumlarına informasiya ötürdüyü açıqlanmayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar