Əbülfəzl Qədyani: “İsfahanda baş verən faciənin əsas səbəbkarı Xamneyidir”

30.11.2021, 14:34

İranda tanınmış dindar ziyalı, dinin siyasətə və hökumət işinə qarışmasına müxalif olan islahat meyilli siyasi fəal Əbülfəzl Qədyani noyabrın 29-da bəyanat yayaraq, əkinçilərin son günlər İsfahanda susuzluğa qarşı keçirdiyi kütləvi etirazlarna və molla rejiminin dinc əhaliyə qarşı qanlı repressiyalarına kəskin etiraz bildirib.

Gunaz.tv Quote | Gunaz article

Yaydığı bəyanatda İrandakı molla rejimini “xalqa və insanlığa zidd zorakı və repressiv dini istibdad sistemi” adlandıran Qədyani deyib ki, İran lideri Əli Xamneyi və onun qəddar qüvvələri nə qədər çalışsalar da, İsfahanın susuzluqdan əziyyət çəkən məzlum və yoxsul əkinçilərinin etiraz alovunu həmişəlik söndürə bilməyəcək.

“Avtoritar rejim yaxşı bilir ki, etiraz alovunu söndürmək mümkün deyil”, -deyə Əbülfəzl Qədyani bildirib.

O həmçinin Əli Xamneyinin vaxtilə saxta yollarla ölkə rəhbərliyinə gətirilməsinə eyham vuraraq, onun din adı altında indiki hakimiyyətini qanunsuz, qeyri-legitim və qəsbkar adlandıraraq, onun ölkə həyatının bütün sahələrində bir-birinin ardınca baş verən dəhşətli faciələrin əsas günahkar və səbəbkarı olduğunu vurğulayıb.

“İsfahanda baş verən faciənin əsas səbəbkarı məhz Xamneyidir. Həmçinin bu gün ölkənin ətraf mühitində baş verən böhranlar Əli Xamneyinin səriştəsiz siyasətinin və onun ölkəni səhv idarəetmə sisteminin nəticəsidir.

Xamneyinin ölkəyə hakim etdiyi idarəetmə sistemi isə demək olar ki, əsl dağıdıcılıq, təxribat, viran qoyma, xarabalığa çevirmə, qarət və talançılıq idarəetmə sistemidir.

Bundan başqa, bu gün ölkədə yaşanan bütün böhranlar Xamneyinin ölkənin bütün həssas qurumlarına, o cümlədən də parlamentə, hökumətə, İran Məhkəmə Sisteminə, İran silahlı qüvvələrinə və digər bu kimi həssas orqan və qurumlara hegemon kəsilməsi, öz bildiyini başqalarına diktə etməsinin nəticəsidir”, -deyə İranda tanınmış dindar ziyalı, dinin siyasətə və hökumət işinə qarışmasının əleyhinə olan  islahat meyilli siyasi fəal Əbülfəzl Qədyani bildirib.

Xatırladaq ki, noyabrın 26-da və sonrakı günlərdə İranın İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 yaşlı əkinçi başından aldığı polis dəyənəyi nəticəsində həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin yaxın məsafədən etirazçı fermerlərə açdığı atəş nəticəsində saçma güllələrdən ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olublar. İki gözdən kor olanlardan biri isə 15 yaşlı bir yeniyetmədir.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23