SON XƏBƏRLƏR

NATO-nun baş katibi İrana xəbərdarlıq etdi

2022.10.21, 06:56
NATO-nun baş katibi İrana xəbərdarlıq etdi

Gunaz.tv

Oktyabrın 20-də İsveçin baş naziri ilə mətbuat konfransında iştirak edən cənab Stoltenberq NATO-nun İranın Ukraynadakı müharibəyə kömək etmək üçün Rusiyaya raketlər göndərməsinə dair mümkün dəlilləri ilə bağlı suala cavab verib.

"Bütün əlamətlər İranın Rusiya üçün pilotsuz təyyarələrdən istifadə etdiyini göstərir" -deyə, o, bildirib.

"Biz bütün ölkələrdən, o cümlədən İrandan Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstək verməməyi tələb edirik: bu, beynəlxalq hüququ açıq şəkildə pozan müharibədir",- deyə, NATO-nun baş katibi əlavə edib.

O, Rusiyanın hücumunun Avropadakı müstəqil ölkəyə təcavüz olduğunu vurğulayıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar