SON XƏBƏRLƏR

Babək Hüseyni Müqəddəm Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
Babək Hüseyni Müqəddəm Təbriz zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: İranda noyabr ayında keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Babək Hüseyni Müqəddəm Təbrizin Mərkəzi Zindanına köçürülüb.

 

Onun zindana köçürülənədək Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandığı bildirilir.

 

Fəalın saxlandığı bir ay müddətdə məsullar onun ailəsinə hər hansı məlumat verməkdən imtina etmişdir.

 

Babək Hüseyni Müqəddəmin ailəsi 2019-cu il dekabrın 7-də fəalın qanunsuz saxlanması və onun vəziyyəti ilə bağlı məlumat almaq üçün Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət edib, hakim Musəviyə saxlanılanların nə zaman azadlığa buraxılacağını soruşublar. Hakim onlara cavab olaraq bildirib ki, saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək.

Musəvi həmçinin qeyd etmişdir ki, “saxlanılanların azadlığa buraxılması məndən asılı deyil. Biz Ettelaat İdarəsinin göstərişi ilə onların saxlanma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik.”

 

Ötən günlərdə etirazlarla bağlı saxlanılan güney azərbaycanlı milli-mədəni fəalların İran təcridxanalarında işgəncə edildiyinə dair xəbər yayılmışdır. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri azərbaycanlı fəallar üçün qondarma dosye quraşdırmaq məqsədi ilə onları öz əleyhinə ifadə verməyə məcbur edir, bunun üçün də amansız işgəncə üsullarından istifadə edilir.

 

Əldə etdiyimiz məlumata görə, Təbrizdə sözügedən azərbaycanlı fəalların dosyesinə hakim (bazpors) Musəvi baxır. Musəvi hər zaman məhbusların ailə üzvlərinə münasibətdə təhqiramiz davranış nümayiş etdirib, onun Ettelaat İdarəsinə bağlı olduğu bildirilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar