SON XƏBƏRLƏR

Babək qalasında bir neçə güney azərbaycanlı gənc saxlanılıb

2021.10.20, 07:36
Babək qalasında bir neçə güney azərbaycanlı gənc saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən məşhur Babək qalasında bir neçə güney azərbaycanlı gənc saxlanılıb.

 

Məlumata görə, iyunun 5-də qalaya çıxan gənclərdən bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Hələlik hadisənin təfərrüatı və saxlanılanların kimliyi barədə heç bir məlumat yoxdur.

 

Deyilənlərə görə, gənclər Azərbaycan mahnısı ilə rəqs etdiklərinə və “Yaşasın Azərbaycan” şüarı səsləndirdiklərinə görə mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar