SON XƏBƏRLƏR

Bağdadda törədilən partlayışda azı 26 nəfər ölüb

2021.10.20, 07:36
Bağdadda törədilən partlayışda azı 26 nəfər ölüb

Gunaz.tv

GünAz TV: Yanvarın 15-i səhər saatlarında İraq paytaxtı Bağdadın mərkəzində baş verən iki partlayış nəticəsində azı 26 nəfər həlak olub, 95 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

Xarici mediada yayılan məlumata görə, hücumun hədəfi paytaxtın Ət-Təyran meydanı rayonunda çalışan bir qrup işçi olub. İlkin məlumata görə, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

 

İraq Daxili İşlər Nazirliyi 16 nəfərin həlak olduğunu və 65 nəfərin yaralandığını təsdiqləyib.

 

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

 

Şənbə günü isə Bağdadda baş verən bombalı hücumda ən az 5 nəfərin həyatını itirdiyi bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar