SON XƏBƏRLƏR

Bağıri Çinin İran və Rusiyanın birgə hərbi təlimlərində iştirak edəcəyini deyib

2021.10.20, 07:36
Bağıri Çinin İran və Rusiyanın birgə hərbi təlimlərində iştirak edəcəyini deyib

Gunaz.tv

GünAz TV: İranın Baş Qərərgah rəisi Məhəmmədhüseyn Bağıri Çinin ilk dəfə olaraq İran və Rusiyanın dekabr ayında keçirəcəyi müştərək hərbi təlimlərə qatılacağını deyib.

 

O, həmçinin rəsmi Tehranla Pekin arasında hərbi əməkdaşlığın artmaqda olduğunu, eləcə də iki ölkənin hərbi fəaliyyətlərin koordinasiyası və inkişafını təmin etmək üçün ortaq komitə yaratdığını bildirib.

 

Bağırinin sözlərinə görə, İran və Çin birgə tədqiqat və istehsal sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əsaslı addımlar atıb.

 

Bir müddət öncə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi yaxın gələcəkdə ölkəsinin Rusiya ilə birlikdə Hind okeanı, Omman dənizi, Hörmüz boğazı və körfəzdə müştərək dəniz təlimləri keçirəcəyini bəyan etmişdi. Bağırinin Çinin qoşulmasını planlaşdırdığı təlimin bu təlim olacağı təxmin edilir.

 

Qeyd etmək lazımdır ki, Çin İranın ən böyük ticari tərəfdarlarından biridir. Buna görə də, rəsmi Tehran müsəlman uyğur türklərinin Çin tərəfindən repressiyalara uğradılmasını dəstəkləyir. Təbii ki, bu dəstəyin göstərilməsinin səbəblərindən biri də İranın özünün də güney azərbaycanlılar başda olmaqla, müxtəlif etnik qruplara qarşı yürütdüyü repressiya siyasətidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar