SON XƏBƏRLƏR

Bakı-Sumqayıt yolu yaxın aylarda istifadəyə veriləcək.Rusiya sərhəddinə qədər olan magistralın tikintisi isə ilin sonu yekunlaşacaq

2021.10.20, 07:36
Bakı-Sumqayıt yolu yaxın aylarda istifadəyə veriləcək.Rusiya sərhəddinə qədər olan magistralın tikintisi isə ilin sonu yekunlaşacaq

Gunaz.tv
Bakı-Sumqayıt yolu yaxın aylarda istifadəyə veriləcək Rusiya sərhəddinə qədər olan magistralın tikintisi isə ilin sonu yekunlaşacaq Nəqliyyat Nazirliyi tərəfindən Bakı-Rusiya sərhədi avtomobil yolu çərçivəsində təmirə dayanan Bakı-Sumqayıt yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bunu "OLAYLAR"a Nəqliyyat Nazirliyindən məlumat veriblər. Məlumata görə, Bakı-Rusiya sərhədinə qədər olan avtomobil yolunun 16-cı kilometrindən 134-ü kilometrliyinə qədər olan ərazisi beton örtüklü olacaq. Artıq yolun bir tərəfinin beton örtüyü başa çatıb. Yolun tikintisinin 2008-ci ilin sonuna qədər davam etməsinə baxmayaraq, Bakı-Sumqayıt istiqamətində olan hissəsi yaxın aylarda istifadəyə veriləcək. olaylar ---------------------------------------------------------------------- Ucar-Yevlax yolunda 3 körpü söküləcək İki körpü isə rekonstruksiya olunacaq Ucar-Yevlax yolundakı 3 magistral körpü söküləcək. Bunu "OLAYLAR"a Nəqliyyat Nazirliyinin "Azəryolservis" departamentindən veriblər. Məlumata görə, körpülərin sökülməsi Ucar-Yevlax yolunun yenidən qurulması ilə əlaqədardır. Ucar-Yevlax yolunun yenidən qurulması layihəsinin icrasına artıq 2007-ci ildən başlanıb. Uzunluğu 53 kilometr olan magistral yol 8, 5 kilometri I, qalan 45,5 kilometri isə ikinci texniki dərəcəli olacaq. Magistral yol üzərində ümumilikdə 5 körpü yol-ötürücüsü mövcuddur ki, həmin körpülərin 3-ü sökülüb yenidən qurulacaq. Qalan iki yol ötürücüsü isə rekonstruksiya ediləcək. Layihənin icraçısı Türkiyənin "Polad Yol Yapı Sənaye və Ticarət A. Ş." firmasıdır. Yolun tikintisi 2009-cu ilin fevral ayında başa çatacaq. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar