SON XƏBƏRLƏR

Bakı və Kiyev əlaqələri intensivləşdirir. Azərbaycan Odessa-Brodı kəmərinə sınaq nefti verəcək

2021.10.20, 07:36
Bakı və Kiyev əlaqələri intensivləşdirir. Azərbaycan Odessa-Brodı kəmərinə sınaq nefti verəcək

Gunaz.tv
Bakı və Kiyev əlaqələri intensivləşdirir Azərbaycan Odessa-Brodı kəmərinə sınaq nefti verəcək Dünən Bakıya birgünlük işgüzar səfərə gələn Ukrayna prezidenti Viktor Yuşşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında Prezident sarayında təkbətək görüş keçirilib. Daha sonra dövlət başçıları danışıqları nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriblər. Mətbuat üçün qapalı olan danışıqlar zamanı enerжi mövzusu, iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayələr, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə edilib. Ukrayna prezidentinin rəsmi saytının məlumatına əsasən, V.Yuşşenko iki ölkənin birgə enerжi layihələrində pozitiv irəliləyişlərin olduğunu deyib və "praktiki müstəviyə keçən enerжi layihələrinin irəliləməsindən məmnun olduğunu" vurğulayıb. Prezident İ. Əliyevsə may ayında Kiyevə rəsmi səfərini xatırladaraq Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib: "Gündəlikdə duran ikitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır" (APA). Danışıqlarda Ukrayna tərəfdən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, prezidentin ofisinin rəhbəri Ruslan Demçenko, prezidentin katibliyinin başçısının müavini Aleksandr Çalıy, "Ukrspeseksport" dövlət şirkətinin baş direktoru Sergey Bondarçuk iştirak ediblər. Birgə keçirdikləri mətbuat konfransında prezidentlər bəyan ediblər ki, yaxın vaxtlarda Odessa-Brodı boru kəməri texnoloжi neftlə doldurulacaq. Azərbaycan boru kəmərinə sınaq məqsədilə neft verəcək. "Yaxın vaxtlarda biz layihəni təcrübədə sınaqdan keçirmək üçün neft nəqlinə başlayacağıq",-deyə İ.Əliyev bildirib. Onun sözlərinə görə, layihənin reallaşması yolunda ciddi irəliləyiş əldə olunub, hazırda onun texniki-iqtisadi əsaslandırılması hazırlanır ki, layihənin kommersiya baxımından səmərəliliyi barədə tam təsəvvür yaransın: "Bütün texniki məsələlər razılaşdırıldıqdan, Xəzər neftinin Qara dəniz regionuna nəql marşrutu müəyyən edildikdən sonra biz ilk addımları atmağa başlayacağıq". V. Yuşşenkonun dediyinə görə, Odessa-Brodı kəməri ilə Xəzər neftinin Avropa Birliyi ölkələrinə nəql edilməsinə dair razılaşmaların hamısının yerinə yetirildiyini söyləyib. "Sarmatiya" birgə müəssisəsinin yaradılması istiqamətində də real addımlar atılır və Ukrayna prezidentinin sözlərinə görə, dövlət səviyyəsində bu məsələlərlə bağlı heç bir problem yoxdur. V.Yuşşenko qeyd edib ki, yaxın 1,5 ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 1 milyard dollara çatdırılacaq (AzərTAc). Azərbaycan prezidenti qeyd edib ki, görüşlər zamanı iki ölkə arasında energetik əməkdaşlıq müzakirə olunub: "Kiyev energetika sammitindən sonra biz energetik əməkdaşlığın bütün şərtlərinin razılaşdırılması prosesinin intensivləşəcəyinə və bu ilin payızında keçiriləcək Bakı sammitinə qədər regionumuzda energetik əməkdaşlığın gələcəyini müəyyən edən ciddi qərarlar qəbul etməyə ümid edirik". İ.Əliyev vurğulayıb ki, bu məsələ enerжi daşıyıcılarının diversifikasiyası baxımından xüsusi əhəmiyyət kəsb etməyə başlayır: "Ukrayna və Azərbaycan bu məsələdə fəal işləyirlər və biz prosesin daha fəal getməsi üçün səylərimizi birləşdirəcəyik. Ymid edirəm ki, nəzərdə tutduğumuz hər şey yerinə yetiriləcək". Mətbuat konfransında prezidentlər ikitərəfli münasibətləri dinamik və fəal inkişaf edən kimi qiymətləndiriblər. Danışıqlar zamanı həmçinin Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti də müzakirə olunub. Yeri gəlmişkən, dünən Bakıda "Dostluq" kinoteatrının qarşısında Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Viktor Yuşşenkonun iştirakı ilə böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimi keçirilib. V.Yuşşenko Bakıda Şevçenkoya abidə qoyulmasını Ukrayna xalqına hörmət жesti kimi qiymətləndirib. İ. Əliyev isə azadlıq mücahidi Şevçenkonun abidəsinin Azadlıq prospektində olmasının rəmzi məna daşıdığına diqqət çəkib. O, hər iki xalqın bir-birinə xüsusi hörmətlə yanaşdığını və abidənin açılışının bunun nümunəsi olduğunu söyləyib. Azad Xəlil express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar