SON XƏBƏRLƏR

Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans açılıb

2021.10.20, 07:36
Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans açılıb

Gunaz.tv

GünAz TV: Dekabrın 21-də Bakıda, “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

 

Prezident İlham Əliyev konfransın açılış mərasimində iştirak edir.

 

Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

 

Beynəlxalq konfransda 40-a yaxın ölkədən dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar