SON XƏBƏRLƏR

Bakıdan Rostova 1,2 milyard manatlıq beton yol çəkilir

2021.10.20, 07:36
Bakıdan Rostova 1,2 milyard manatlıq beton yol çəkilir

Gunaz.tv
Bakıdan Rostova 1,2 milyard manatlıq beton yol çəkilir yol.jpg Hazırda tikintisi davam edən Bakı-Quba-Rostov avtomobil yolu bu ilin payızında istifadəyə veriləcək. Beynəlxalq əhəmiyyətli magitral yolun beton örtüyünün qalınlığı 28 santimetrdir. “Azəryolservis” ASC-dən Lent.az-a bildiriblər ki, artıq 120 kilometrlik ərazidə torpaq bərkitmə işlərinin 50 faizi yerinə yetirilib. Yolun 29 kilometrlik hissəsində isə tikinti işləri tamamilə başa çatdırılıb. Magistral xəttin Bakı-Sumqayıt istiqamətində çəkilən birtərəfli yolun 7 kilometri artıq sürücülərin ixtiyarındadır. Səhmdar Cəmiyyətdə bildirirlər ki, beton yolun tikintisi Almaniyadan gətirilmiş xüsusi betonsalan texnika vasitəsilə həyata keçirilir. Magistral yolda əsas tikinti işlərini “Akkord” Şirkətlər Qrupu aparır. Xatırladaq ki, beton örtüklü avtomobil yolunun tikintisi əsasən dövlət büdcəsi, qismən də kreditlər hesabına maliyyələşir. Hələ tikintiyə başlanarkən tikinti büdcəsi 800 milyon manat təsdiqlənmişdi. Lakin tikinti materiallarının kəskin şəkildə bahalaşması üzündən bu vəsat yolun tikintisinə kifayət etməyib. Bu ilin əvvəlində isə Bakı-Quba-Rostov yolunun tikintisi üçün 400 milyon manat əlavə vəsait ayrılıb. Bu isə o deməkdir ki, 198 kilometrlik yolun tikintisi Azərbaycana 1,2 milyard manata başa gələcək. Elxan Salahov LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar