Barzani muxtariyyətinin torpaq iddiaları ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayıb

2021-03-11 11:08

İraq kürd məhəlli yönətiminin Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatına etiraz bəyanatı

Gunaz.tv Quote | Gunaz article

Roma Papası Fransiskin İraqa dörd günlük səfəri, onun İraq hökuməti və nüfuzlu din xadimlərilə görüşü, türkmənlərin yaşadığı Kərkük və Mosulu ziyarət etməsi, İŞİD terrorçuları tərəfindən dağıdılmış kilsələrə gedib, İŞİD terrorunun qurbanlarına dua etməsi dünya gündəmində dinlərarası yaxınlaşmanı təcəssüm etdirən səfər kimi dəyərləndirildi.

 

Roma Papasının bu tarixi səfərini özlərinin təxribat planları üçün fürsət bilən kürd məhəlli yönətimi tərəfindən Papanın şərəfinə çap olunan xatirə markalarının birində ”qondarma kürdüstan” xəritəsinin təsvir olunduğu ortaya çıxdı. Xəritə Güney Azərbaycanın bəzi əraziləri də daxil olmaqla, Türkiyə ərazisinin böyuk bir hissəsini və türkmənlərin yaşadıqları tarixi əraziləri əhatə edir.


Mafiyalaşmış kürd məhəlli yönətiminin bu təxribatı Roma Papasının sülhməramlı missiyasına ləkə salmaqla yanaşı, həm də Türkiyə dövlətini, turkmənləri və Güney Azərbaycandakı türklərini ciddi şəkildə narahat edib və onların etirazlarına səbəb olub. Maraqlıdır ki, İraq kürd məhəlli yönətiminin bu saxta ərazi təxribatına İran rəsmiləri heç bir ciddi münasibət göstərməyiblər.


Bu isə Güney Azərbaycandakı türkləri ayrıca hiddətləndirib və onlar İran rejiminə müxtəlif formada öz etirazlarının bildiriblər.
 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi mafiyalaşmış kürd məhəlli yönətiminin Azərbaycan ərazi bütövlüyünə qarşı əsassız iddialarını qınayaraq, millətimizin onlara qarşı kütləviləşməkdə olan etirazlarını dəstəkləyir. GAMAC bəyan edir ki, bu münaqişənin dərinləşməsindən və gələcəkdə baş verəcək hər hansı qarşıdurmadan təxribatçı İraq kürd məhəlli yönətimi məsuliyyətlidir.


Buna görə də onlar öz əsassız iddialarından geri çəkilməli və bilməlidilər ki, azərbaycan türk milləti və bütövlükdə türklər tarixi ərazilərinin bir qarışından belə vaz keçməyəcəklər və o ərazilərə iddia edənlərə qarşı kəskin cavab verəcəklər.

 
GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSI 11.03.2021

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09